SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Təhsil” Respublika İdman Mərkəzinin həndbol üzrə oğlanlardan və qızlardan ibarət yığma komandaları Rusiyanın Həştərxan vilayətində keçirilən beynəlxalq turnirdə ölkəmizi təmsil edib.
Əməkdar məşqçi Vladimir Qladçenkonun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında həndbol yarışında Azərbaycan, Belarus və Rusiya Federasiyasının müxtəlif vilayətlərindən dəvət olunmuş 6 komanda mübarizə aparıb. Gərgin keçən mübarizədə “Təhsil” Respublika İdman Mərkəzinin həndbol üzrə oğlanlardan ibarət yığma komandası II yeri, qızlardan ibarət komandası isə III yeri tutub.
Beynəlxalq turnirin qaliblərinə kubok və diplomlar təqdim edilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl