• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Təhsil” Respublika İdman Mərkəzinin kişi və qadınlardan ibarət komandaları stolüstü tennis üzrə Azərbaycan Kubokunda yüksək nəticələr qazanıblar.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi yarışda 70-ə yaxın idmançı iştirak edib. Yarışın məqsədi Avropa və dünya çempionatlarında iştirak edəcək yığma komanda üzvlərinin müəyyən edilməsi, eləcə də gənclərin stolüstü tennisə marağının artırılmasından ibarətdir.
 Yarışda kişilərdən ibarət komandalar arasında 1-ci yeri “Təhsil” Respublika İdman Mərkəzi, 2-ci yeri Bakı Tennis Məktəbi, 3-cü yeri isə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialı tutub. Qadınların komanda yarışlarında isə “Təhsil” RİM-in Sumqayıt filialının yetirmələri III yerə layiq görülüblər.
“Təhsil” RİM-in idmançıları fərdi yarışlarda da uğurla çıxış ediblər. Mərkəzin nümayəndəsi Fərhad İsmayılov kişilər arasında fərdi yarışların qalibi olub, digər tennisçi Ramil Cəfərov isə II yeri tutub. 
Yarışın qaliblərinə kubok, diplom və hədiyyələr təqdim edilib.


10 il əvvəl