• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 3-də təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin müəllimləri ilə görüşüb.

Görüşdə Təhsil Nazirliyinin müfaviq struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva və idarənin əməkdaşları da iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov 2013 – 2014 – cü tədris ilinin yekunları barədə ətraflı məlumat verib və qarşıya qoyulan məqsədlərə nail olunduğunu bildirib. Nazir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na toxunaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdən olduğunu bir daha xatırladıb.
Görüş zamanı təhsildə müəllim hazırlığı, kurikulumun tətbiqi, məktəblilərin fənn olimpiadaları, “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim” müsabiqələri, tədris ilinin uzadılması, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi kimi mövzulara toxunulub və bu barədə müzakirələr aparılıb.
Nazir 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin aparılacağını bildirib. Sınaq qiymətləndirmənin diaqnostik tədqiqat xarakteri daşıdığı və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirildiyi qeyd edilib. Bu proses ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsinə xidmət edir.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov müəllimlərin həyata keçirilən islahatlarla bağlı çoxsaylı suallarını cavablandırıb.
 


10 il əvvəl