SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator Xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 4222 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çox), Kommutator Xidmətinə isə 5400-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4471 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş 8693 müraciətin 5956-sı (müraciətlərin əksəriyyəti sorğu xarakterli olub) dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1324 vətəndaşdan ərizə (438 ədəd), məktub (601 ədəd) və digər sənədlər (285 ədəd) qəbul olunub və qeydiyyata alınıb. 1374 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların şikayət xarakterli 39 müraciəti isə xüsusi proqram vasitəsilə qeydiyyata alınıb və araşdırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib. Onlardan 12 müraciət tam araşdırılıb və nəticəsi barədə vətəndaşlara cavab verilib. Qeyd edək ki, şikayət xarakterli müraciətlərin 31-i ümumtəhsil məktəblərinin (Bakı şəhərindəki məktəblərin fəaliyyəti ilə əlaqədar 13 müraciət daxil olub) fəaliyyətinə aid olan müxtəlif məsələlərlə bağlıdır.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin alınması, diplomların tanınması üçün tələb olunan sənədlərin siyahısı, ali təhsil və ümumi təhsil ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, ötən ay Telefon Məlumat Mərkəzinə ən çox həftənin cümə axşamı (1037 zəng) və bazar ertəsi (943 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə axşamı (1003 müraciət), çərşənbə axşamı (993 müraciət) və bazar ertəsi (975 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:30-dan 16:30-dək müraciət edilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl