SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 4-də Türkiyənin Әskişəhərdəki Osmanqazi Universitetində şagirdlər üçün Türk Dünyası Bilik Olimpiadasının açılış mərasimi keçirilib.
Türk dünyasında ilk dəfə olaraq keçirilən olimpiadadan əvvəl iştirakçılar şəhərdə yürüş ediblər.
Tədbirdə 17 türk ərazisinin - Azərbaycan, Türkiyə, Krım, Qazaxıstan, Qırgızıstan, Özbəkistan, Türkmənistan, Bosniya, Bolqarıstan, Altay, Kosova, Makedoniya, Moldova, Guzey Kipr Türk Cumhuriyyəti, Arnavutluq (Albaniya), Şərqi Türküstan (Çin) və Başqırdıstanın orta məktəb şagirdləri iştirak edir.
Olimpiadanın keçirilməsində əsas məqsəd türk dünyasında şagirdlərin elmə marağını artırmaq, onları gələcəyin Nobel mükafatçısı kimi yetişdirməkdir. Açılış mərasimində çıxış edən Әskişəhər valisi Güngör Әzim Tuna bildirib ki, olimpiada türk ölkələrinin şagirdləri arasındakı əlaqələrin genişlənməsinə də stimul verəcək.
Mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Həsən Qaralov tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını çatdırıb və Әskişəhərin valisinə Azərbaycanın tarixi ilə bağlı olan hədiyyə təqdim edib.
Beynəlxalq Könüllü Müəllimlər Dərnəyinin rəhbəri İbrahim Әrdoğan olimpiada haqqında məlumat verərək bildirib ki, burda 4-8-ci sinif şagirdləri öz ideyaları əsasında tərtib etdikləri sxemlər üzrə hazırladıqları modelləri nümayiş etdirirlər. Olimpiadada iştirak üçün 1000-dək layihə təqdim edilib və onlardan 100-ü seçilib.
Olimpiadada Azərbaycanı Bakı şəhərindəki 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Elçin Məmmədov və Hüseyn Әsədov (müəllim Həsən Qaralov), Quba şəhərinin 1 saylı orta məktəbinin şagirdi Atilla Məmmədli (müəllim Aydın Məmmədli) təmsil edir. Sərgi iştirakçıları ilk olaraq Azərbaycan komandasının modelləri ilə tanış olublar. Onlar şagirdlərin modellərindən razı qaldıqlarını açıqlayıblar.
Olimpiadada Elçin Məmmədov yazı yazan robot modelini nümayiş etdirir. Bu robotun hissələri daha da təkmilləşdirildiyindən onun işi mükəmməlləşib. Robot sərgi iştirakçıları üçün kağız üzərində "Türk dünyası" sözlərini yazıb. Robotun işi iştirakçılar tərəfindən alqışlanıb.
Hüseyn Әsədov isə sərgidə raket modelini təqdim edir. Bu raket saniyədə 250 metr uca bilir. Raketin üzərində "Qarabağ" sözünü yazmiş H.Әsədov bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi onun ən böyük arzularındadır. Torpaqlarımızın azad edilməsinə öz töhfəsini vermək istəyən şagird bu raketin praktikada tətbiqini səbirsizliklə gözləyir. Tədbirdə raketin iş prinsipi əyani surətdə nümayiş etdirilib, onun hazırlanması texnologiyası göstərilib. Münsiflər heyəti bu modeli də müsbət qiymətləndirib.
Atilla Məmmədli olimpiadada "Ağıllı dibçək" layihəsi ilə iştirak edib. Gülün sulanmaya ehtiyacı olduqda onun yerləşdiyi dibçək siqnal verərək sahibini xəbərdar edir. Şagird bunun üçün dibçəyin orta hissəsinə - torpaq qatına xüsüsi mexanizm yerləşdirib.
Sərgidəki modellər iyunun 4-dən 6-dək nümayiş olunacaq. İyunun 7-də isə olimpiada yekunlaşacaq, qaliblərə müxtəlif mükafatlar təqdim ediləcək. Olimpiadada ilk yüzlüyə daxil olan layihələrin tanıtım filmləri çəkiləcək və "Kiçik əllər, böyük işlər" adı altında TRT Avaz televiziya kanalı ilə yayımlanacaq.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl