• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinlərinin nəzərinə!

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 17 mart 2014-cü il tarixində Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinlərini qəbulu vaxtında dəyişiklik edilib. Belə ki, 11 mart 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının qərargahında Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinlərini qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar yalnız  5, 6 və 7 mart 2014-cü il tarixlərində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qaldırılan məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Təhsil Nazirliyi tərəfindən Dərslikləri Qiymətləndirmə Şurasının tərkibinin formalaşdırılması ilə bağlı müsabiqə elan edilib.

Azərbaycan Respublikası təhsil nazirinin 27 fevral 2014-cü il tarixli, 252 nömrəli əmri ilə təsdiq edilmiş “Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə”yə uyğun olaraq, ümumtəhsil məktəb dərsliklərinin ekspertizası və qiymətləndirilməsi prosesini səmərəli təşkil etmək məqsədilə yaradılan Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün müsabiqədə iştirak etmək istəyənlərin ərizələri 3-18 mart 2014-cü il tarixlərində qəbul ediləcəkdir. Müsabiqənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərinə uyğun olaraq, ümumi təhsilin məzmununda aparılacaq islahatların səmərəliliyini artırmaq, ümumtəhsil məktəbləri üçün hazırlanmış dərsliklərin ekspertizası və qiymətləndirilməsində şəffaflığı təmin etməkdən ibarətdir. Müsabiqə dərsliklərin keyfiyyətini yüksəltmək işinə müasir innovativ təlim metodologiyalarını və texnologiyalarını dərindən bilən, eləcə də kurikulum, psixologiya və dərslik dizaynı sahəsində peşəkar mütəxəssisləri cəlb etmək baxımından da mühüm əhəmiyyət daşıyır. Müsabiqəyə tədris dilləri, ibtidai təhsil, ədəbiyyat, riyaziyyat-informatika, təbiət fənləri, ictimai-sosial fənlər üzrə ali təhsilli, ən azı 5 il pedaqoji staja malik, müasir təhsil proqramlarının mahiyyətinə dərindən bələd olan və onların tətbiqində bilavasitə iştirak edən şəxslər qatıla bilərlər. Təhsilin məzmunu – kurikulum, yaş psixologiyası, fiziologiya, dərslik nəşri və dizayn sahələri üzrə mütəxəssislərə pedaqoji staj məhdudiyyəti şamil olunmur. Müsabiqədə iştirak etmək istiyənlər “Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə” ilə Təhsil Nazirliyinin saytında (http://www.edu.gov.az/view.php?lang=az&menu=162&id=8043) ətraflı tanış ola bilərlər. Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər ərizələrini və özləri haqqında məlumatları (CV) elektron formada z.rzayeva@edu.gov.az elektron poçtuna göndərə bilərlər (əlaqə telefonu: (012) 496-34-97, (012) 489-99-86)  

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsinə təyin olunan Ədalət Muradov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Təhsil naziri Mikayıl Cabbarov Ədalət Muradovu yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan Dövlət İqtisad Universitetinin ölkəmizin ali təhsil sistemində xüsusi yeri olduğunu qeyd edib,  bu universitetin ölkənin iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq, prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsində vacib rolunu vurğulayıb. Sonra universitetin yeni rektoru təyin olunan Ədalət Muradov ona göstərilən etimada görə ölkə Prezidentinə təşəkkürünü bildirib, bu ali təhsil müəssisəsini yaxşı tanıdığını və ənənələri olan təhsil ocağı olduğunu nəzərə çatdırıb. O, çıxışında ali təhsilin əsas məqsədinin ölkədə insan kapitalının inkişafı, təhsilalanın müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi olduğunu qeyd edib. Məlumat üçün bildirək ki, yeni təyin olunan rektor Ədalət Muradov 1962-ci ildə anadan olub. 1990-cı ildə Kiyev Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib.1993-cü ildəniqtisad elmləri namizədi, 1998-ci ildən iqtisad elmləri doktorudur. 60-dan artıq elmi və tədris-metodiki əsərin müəllifidir. 1995-1999-cu illərdə Kiyev Dövlət Universitetinin dosenti olub.Sonradan isə Dövlət İdarəçilik Akademiyasında dosent vəzifəsində çalışıb. Bu vəzifəyə təyin olunanadək İqtisadiyyat və Sənaye Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində işləyib.  

Ali təhsil sahəsində kredit sistemi ilə tədrisin təşkili, tələbələrin köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürməsi məsələləri ilə bağlı sənədlərin təsdiqi istər təhsil ictimaiyyəti, istərsə də ümumilikdə, ölkə vətəndaşları tərəfindən maraqla qarşılanıb.

Təhsil Nazirliyi qeyd olunan sənədlər haqqında ictimaiyyətin məlumatlandırılması işinin genişləndirilməsinə, xüsusilə də təhsilalanlar üçün yaradılmış yeni imkanların daha dolğun şərh olunmasına böyük önəm verir. Bütün bunları nəzərə alaraq, 24-28 fevral 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Facebook səhifəsində ali təhsillə bağlı suallara cavab verilib. Bu müddətdə Təhsil Nazirliyinin Facebook səhifəsinə, ümumilikdə, 326 sual daxil olub və ali təhsillə bağlı bütün suallar şərhlər vasitəsilə cavablandırılıb. Facebook istifadəçilərinin sualları, əsasən, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, bərpa olunması və akademik məzuniyyət götürməsi (33 faiz), bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili (22 faiz), təhsilalma formasının dəyişdirilməsi (7 faiz), ali təhsil haqqında sənədin tanınması (6 faiz), Azərbaycan Müəllimlər İnstitutunun filiallarının fəaliyyəti (5 faiz), təhsil haqqı (2 faiz), xaricdə təhsil (2 faiz) və digər məsələləri əhatə edib. Bu tədbir geniş ictimaiyyət arasında ölkədə ali təhsilin inkişafı ilə bağlı aparılan islahatlara böyük marağın olmasını bir daha üzə çıxardı. Təhsil Nazirliyi əhalinin bütün təbəqələrinin fikirlərinə xüsusi önəm verərək bu ənənəni davam etdirmək, gələcək fəaliyyətində konstruktiv təklifləri nəzərə almaq niyyətindədir.  

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun strukturunun yeni redaksiyada təsdiq olunması barədə” əmr imzalayıb.

Əmr Təhsil Problemləri İnstitutunun (TPİ) fəaliyyətinin təkmilləşdirilməsi məqsədinə xidmət edir. Əmrdə ixtisara düşmüş ştatlarda çalışan işçilərin peşəkarlıq səviyyələri və təcrübələri nəzərə alınmaqla, onlara TPİ-də ixtisaslarına uyğun vakant vəzifələrin təklif edilməsi nəzərdə tutulub.  Əmrə əsasən, TPİ-nin yeni strukturunda katiblik, 18 şöbə, 1 sektor və elmi kitabxana fəaliyyət göstərəcək. Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu, Monitorinq və qiymətləndirmə, həmçinin Peşə ixtisas təhsili şöbələrinə daha çox ştat vahidi verilib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompüter-planşetlə təmin olunması baxımından bir sıra əhəmiyyətli məsələlər nəzərdə tutulub. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyətində dərslik siyasətinin prioritet istiqamətlərdən biri olduğunu deməyə əsas verir. Təhsil Nazirliyinin bu sahədə həyata keçirdiyi islahatların səmərəliliyinin artırılmasında yeni yaradılmış Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin üzərinə mühüm vəzifələr düşür. Qeyd edək ki, TPİ-nin yeni strukturunda təsərrüfat hesablı struktur bölmələrin də fəaliyyəti nəzərdə tutulub.  

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ixtisası üzrə kadr hazırlayan ilk-peşə ixtisas təhsili müəssisələri üçün 11 ədəd “Renault Logan” markalı nəqliyyat vasitəsi alınıb.

Bu, müvafiq sahədə fəaliyyət göstərən ilk-peşə ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması, mütəxəssis hazırlığı işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.  Qeyd edək ki, respublikamız müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülüb. Təlim üçün nəzərdə tutulmuş Avropa istehsalı olan bu avtomobillər 1600 kub/sm mühərrik və 5 pilləli mexaniki sürət qutusu ilə təchiz edilib.  Avtomobillər həm idarəetmə, həm də təhlükəsizlik baxımından Avropa standartlarına cavab verir. Müvafiq sahə üzrə kadr hazırlayan ilk peşə-ixtisas təhsili müəssisələri üçün alınmış yeni avtomobillər tədrisin səmərliliyinin artırılmasına münbit şərait yaradacaqdır.  

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə səmərəli elmi və ədəbi-publisistik fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmiş filologiya elmləri doktoru Ramiz Əskərovla görüşüb.

Təhsil naziri “Şöhrət” ordenini Ramiz Əskərova təqdim edib. Tanınmış filoloq alimi təbrik edən nazir ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Ramiz Əskərovun Azərbaycan təhsilinin və elminin inkişafındakı xidmətlərindən söhbət açıb, səmərəli fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini bildirib. Filologiya elmləri doktoru Ramiz Əskərov onun əməyinə verilən belə yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlığını ifadə edib. O, bundan sonra da Azərbaycanda təhsilin, publisistikanın və elmin inkişafı naminə əzmlə çalışacağını nəzərə çatdırıb. Qeyd edək ki, Ramiz Əskərov 1954-cü il yanvar ayının 10-da Qərbi Azər­­­baycanın Amasiya rayonunun Əzizbə­yov (Qa­raçanta) kən­dində müəl­lim ailə­sində ana­dan olub. 1971-ci ildə orta məktəbi qı­zıl medalla bitirib. 1972-ci ildə Bakı Dövlət Universitetinin jurna­lis­tika fakültəsinə daxil olub. 1975-ci il­də ən yaxşı tələbə kimi M.V.Lomonosov adına Moskva Dövlət Uni­versitetinin jur­­­nalisti­ka fakültəsinə göndərilib və 1978-ci ildə ali təh­silini başa vurub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Ve­rilişləri Komitəsində ça­lışıb. 1983-1987-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində işləyib, 7 dildə (Azərbaycan, rus, ingi­lis, fransız, alman, türk, ərəb, fars) nəşr edilən «Azər­baycan bu gün» jurnalının baş re­dak­toru olub. 1988-1991-ci illərdə «Odlar yurdu» qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2002-ci ildən Bakı Dövlət Uni­ver­sitetində çalışır. 2012-ci ildə Türk xalqları ədəbiyyatı kafed­ra­sının müdiri seçil­ib. 10 monoqrafi­ya və 200-ə ya­­­xın elmi məqalənin müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2010-cu il tarixli sərəncamına əsasən, “Əmək­dar jur­na­list” fəxri adına layiq görülüb.

Martın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsinə təyin olunub.

Elxan Bahadur oğlu Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU)  fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor-tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən təhsil nazirinin müşaviri vəzifəsində işləyib. 2013-cü ilin dekabrın 18-dən SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub və müvəqqəti olaraq bu ali məktəbin rektoru vəzifəsini icra edib.

Martın 6-da təhsil naziri Mikayıl Cabbarov “Microsoft Azərbaycan” şirkətinin nümayəndələri ilə görüşüb.

İlk öncə Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” şirkətinin nümayəndələri arasında 4-5 mart 2014-cü il tarixlərində keçirilmiş görüş, müzakirə olunan məsələlər və reallaşdırılması nəzərdə tutulan proqramların əhəmiyyəti barədə nazirə məlumat verilib. Bildirilib ki, görüşdə, “Microsoft Azərbaycan” şirkəti tərəfindən Microsoft İnnovativ Məktəb (Microsoft İnnovative School) proqramının təqdimatı keçirilib. Təqdimatda qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Microsoft Müəllim Sertifikatlaşma Proqramı, İT Akademiya, Microsoft Yerli Dil Proqramı, Microsoft Ofis 365 platforması və “Partners in Learning” Qlobal Forumu barədə ətraflı məlumatın təqdim edildiyi nəzərə çatdırılıb. Həmçinin, ilkin kompüter bilikləri, texnologiya kurrukulumu, təhsilin dizayn kurrikulumu  və müəllimlərin professional inkişafı kimi mövzular ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” şirkətinin nümayəndələri arasında keçirilmiş ikigünlük görüşdə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Camal Qasımov, Təhsilin Keyfiyyətinin Qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov, Məktəbəqədər və ümumi təhsil şöbəsinin baş məsləhətçisi Vəfa Yaqublu, Milli Qiymətləndirmə Layihələri üzrə məsləhətçi Nərminə Əliyeva, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, “Microsoft Azərbaycan” şirkətinin ölkə üzrə direktoru Rufət Hacıəlibəyov, “Microsoft” şirkətinin Şərqi Avropa regionu üzrə “Partners in Learning” proqramının meneceri Teo Milev, “Microsoft” şirkətinin Şərqi Avropa regionu üzrə satış mütəxəssisi Aleksandr Yaşukov, Türkiyənin SEBİT – Təhsil və İnformasiya Texnologiyaları şirkətinin nümayəndələri Kürşat Günenc və İlker Helvacı, “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov, “Microsoft Azərbaycan” şirkətinin dövlət qurumları ilə iş üzrə departamentinin direktoru Eldar Cahangirov və “Microsoft” texnologiyaları üzrə məsləhətçi mütəxəssis Qaçay Mirzəyev iştirak ediblər.  

Təhsil nazirinin Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar əmrinə əsasən müvafiq təşkilat komitəsi yaradılıb və tədbirlər planı təsdiq edilib.

Yubiley tədbirinin noyabrın 18-də «Gülüstan» sarayında keçirilməsi nəzərdə tutulub. Ulu öndər Heydər Əliyevin dediyi kimi «Yarandığı ilk dövrlərdə təlim-tərbiyə prosesini Azərbaycan maarifinin gözəl ənənələri üzərində qurmuş Bakı Pedaqoji Texnikumu bu gün də müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi naminə uğurla çalışır, respublikanın ümümtəhsil məktəblərini və təlim-tərbiyə ocaqlarını pedaqoji kadrlarla təmin edir». 18 elmlər namizədinin, 43 metodist-müəllimin, innovativ treninqlərin seminarların sertifikatını almış 21 müəllimin çalışdığı kollec kollektivinin səmərəli fəaliyyəti, yeni təlim texnologiyalarının intensiv tətbiqi, maddi-texniki bazanın İKT ilə zənginləşdirilməsi öz bəhrəsini verir. Məktəbdə fəaliyyət göstərən «Resurs» mərkəzinin pedaqoji təmayüllü orta ixtisas təhsili məktəbləri üçün mütəmadi olaraq keçirdiyi interaktiv təlim metodlarına dair seminarlar və «açıq dərs»lər, gənclərin milli mənəvi dünyasını zənginləşdirən çoxsaylı tədbirlər bu təhsil ocağının baza məktəbi kimi formalaşmasını təmin edib. Görkəmli Azərbaycan ziyalıları H. Cavid, Ü. Hacıbəyov, A. Şaiq, C. M. Qənizadə, Camo Cəbrayılbəyli, Mədinə Qiyasbəyli, Əlisöhbət Sumbatzadə, M. Təhmasib, M. Dilbazi, C. Novruz, Ə. Cəfərzadə və onlarla digər görkəmli şəxslərin həyatı, ilkin peşə-ixtisas təhsili, pedaqoji fəaliyyəti uzun illər dahi M. Ə. Sabirin adı ilə məhşurlaşmış bu məktəblə bağlı olub. Zəngin ənənələrə əsaslanan Azərbaycan Dövlət Pedaqoji Kolleci 90 illik fəaliyyəti dövründə daim yeniləşərək ölkə təhsilinin çağdaş inkişaf mərhələsində özünəməxsus yer tutur.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı