• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə səmərəli elmi və ədəbi-publisistik fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmiş filologiya elmləri doktoru Ramiz Əskərovla görüşüb.

Təhsil naziri “Şöhrət” ordenini Ramiz Əskərova təqdim edib. Tanınmış filoloq alimi təbrik edən nazir ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Ramiz Əskərovun Azərbaycan təhsilinin və elminin inkişafındakı xidmətlərindən söhbət açıb, səmərəli fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini bildirib.
Filologiya elmləri doktoru Ramiz Əskərov onun əməyinə verilən belə yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlığını ifadə edib. O, bundan sonra da Azərbaycanda təhsilin, publisistikanın və elmin inkişafı naminə əzmlə çalışacağını nəzərə çatdırıb.
Qeyd edək ki, Ramiz Əskərov 1954-cü il yanvar ayının 10-da Qərbi Azər­­­baycanın Amasiya rayonunun Əzizbə­yov (Qa­raçanta) kən­dində müəl­lim ailə­sində ana­dan olub. 1971-ci ildə orta məktəbi qı­zıl medalla bitirib. 1972-ci ildə Bakı Dövlət Universitetinin jurna­lis­tika fakültəsinə daxil olub. 1975-ci il­də ən yaxşı tələbə kimi M.V.Lomonosov adına Moskva Dövlət Uni­versitetinin jur­­­nalisti­ka fakültəsinə göndərilib və 1978-ci ildə ali təh­silini başa vurub.
1978-1983-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Ve­rilişləri Komitəsində ça­lışıb. 1983-1987-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində işləyib, 7 dildə (Azərbaycan, rus, ingi­lis, fransız, alman, türk, ərəb, fars) nəşr edilən «Azər­baycan bu gün» jurnalının baş re­dak­toru olub. 1988-1991-ci illərdə «Odlar yurdu» qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.
2002-ci ildən Bakı Dövlət Uni­ver­sitetində çalışır. 2012-ci ildə Türk xalqları ədəbiyyatı kafed­ra­sının müdiri seçil­ib. 10 monoqrafi­ya və 200-ə ya­­­xın elmi məqalənin müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2010-cu il tarixli sərəncamına əsasən, “Əmək­dar jur­na­list” fəxri adına layiq görülüb.


10 il əvvəl