• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 6-da təhsil naziri Mikayıl Cabbarov “Microsoft Azərbaycan” şirkətinin nümayəndələri ilə görüşüb.

İlk öncə Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” şirkətinin nümayəndələri arasında 4-5 mart 2014-cü il tarixlərində keçirilmiş görüş, müzakirə olunan məsələlər və reallaşdırılması nəzərdə tutulan proqramların əhəmiyyəti barədə nazirə məlumat verilib. Bildirilib ki, görüşdə, “Microsoft Azərbaycan” şirkəti tərəfindən Microsoft İnnovativ Məktəb (Microsoft İnnovative School) proqramının təqdimatı keçirilib. Təqdimatda qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Microsoft Müəllim Sertifikatlaşma Proqramı, İT Akademiya, Microsoft Yerli Dil Proqramı, Microsoft Ofis 365 platforması və “Partners in Learning” Qlobal Forumu barədə ətraflı məlumatın təqdim edildiyi nəzərə çatdırılıb. Həmçinin, ilkin kompüter bilikləri, texnologiya kurrukulumu, təhsilin dizayn kurrikulumu  və müəllimlərin professional inkişafı kimi mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” şirkətinin nümayəndələri arasında keçirilmiş ikigünlük görüşdə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Camal Qasımov, Təhsilin Keyfiyyətinin Qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov, Məktəbəqədər və ümumi təhsil şöbəsinin baş məsləhətçisi Vəfa Yaqublu, Milli Qiymətləndirmə Layihələri üzrə məsləhətçi Nərminə Əliyeva, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, “Microsoft Azərbaycan” şirkətinin ölkə üzrə direktoru Rufət Hacıəlibəyov, “Microsoft” şirkətinin Şərqi Avropa regionu üzrə “Partners in Learning” proqramının meneceri Teo Milev, “Microsoft” şirkətinin Şərqi Avropa regionu üzrə satış mütəxəssisi Aleksandr Yaşukov, Türkiyənin SEBİT – Təhsil və İnformasiya Texnologiyaları şirkətinin nümayəndələri Kürşat Günenc və İlker Helvacı, “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov, “Microsoft Azərbaycan” şirkətinin dövlət qurumları ilə iş üzrə departamentinin direktoru Eldar Cahangirov və “Microsoft” texnologiyaları üzrə məsləhətçi mütəxəssis Qaçay Mirzəyev iştirak ediblər.
 


10 il əvvəl