• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsinə təyin olunan Ədalət Muradov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Təhsil naziri Mikayıl Cabbarov Ədalət Muradovu yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycan Dövlət İqtisad Universitetinin ölkəmizin ali təhsil sistemində xüsusi yeri olduğunu qeyd edib,  bu universitetin ölkənin iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq, prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsində vacib rolunu vurğulayıb.
Sonra universitetin yeni rektoru təyin olunan Ədalət Muradov ona göstərilən etimada görə ölkə Prezidentinə təşəkkürünü bildirib, bu ali təhsil müəssisəsini yaxşı tanıdığını və ənənələri olan təhsil ocağı olduğunu nəzərə çatdırıb. O, çıxışında ali təhsilin əsas məqsədinin ölkədə insan kapitalının inkişafı, təhsilalanın müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi olduğunu qeyd edib.
Məlumat üçün bildirək ki, yeni təyin olunan rektor Ədalət Muradov 1962-ci ildə anadan olub. 1990-cı ildə Kiyev Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib.1993-cü ildəniqtisad elmləri namizədi, 1998-ci ildən iqtisad elmləri doktorudur. 60-dan artıq elmi və tədris-metodiki əsərin müəllifidir.
1995-1999-cu illərdə Kiyev Dövlət Universitetinin dosenti olub.Sonradan isə Dövlət İdarəçilik Akademiyasında dosent vəzifəsində çalışıb. Bu vəzifəyə təyin olunanadək İqtisadiyyat və Sənaye Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində işləyib.
 


10 il əvvəl