• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi tərəfindən Dərslikləri Qiymətləndirmə Şurasının tərkibinin formalaşdırılması ilə bağlı müsabiqə elan edilib.

Azərbaycan Respublikası təhsil nazirinin 27 fevral 2014-cü il tarixli, 252 nömrəli əmri ilə təsdiq edilmiş “Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə”yə uyğun olaraq, ümumtəhsil məktəb dərsliklərinin ekspertizası və qiymətləndirilməsi prosesini səmərəli təşkil etmək məqsədilə yaradılan Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün müsabiqədə iştirak etmək istəyənlərin ərizələri 3-18 mart 2014-cü il tarixlərində qəbul ediləcəkdir.
Müsabiqənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərinə uyğun olaraq, ümumi təhsilin məzmununda aparılacaq islahatların səmərəliliyini artırmaq, ümumtəhsil məktəbləri üçün hazırlanmış dərsliklərin ekspertizası və qiymətləndirilməsində şəffaflığı təmin etməkdən ibarətdir. Müsabiqə dərsliklərin keyfiyyətini yüksəltmək işinə müasir innovativ təlim metodologiyalarını və texnologiyalarını dərindən bilən, eləcə də kurikulum, psixologiya və dərslik dizaynı sahəsində peşəkar mütəxəssisləri cəlb etmək baxımından da mühüm əhəmiyyət daşıyır.
Müsabiqəyə tədris dilləri, ibtidai təhsil, ədəbiyyat, riyaziyyat-informatika, təbiət fənləri, ictimai-sosial fənlər üzrə ali təhsilli, ən azı 5 il pedaqoji staja malik, müasir təhsil proqramlarının mahiyyətinə dərindən bələd olan və onların tətbiqində bilavasitə iştirak edən şəxslər qatıla bilərlər. Təhsilin məzmunu – kurikulum, yaş psixologiyası, fiziologiya, dərslik nəşri və dizayn sahələri üzrə mütəxəssislərə pedaqoji staj məhdudiyyəti şamil olunmur.
Müsabiqədə iştirak etmək istiyənlər “Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə” ilə Təhsil Nazirliyinin saytında (http://www.edu.gov.az/view.php?lang=az&menu=162&id=8043) ətraflı tanış ola bilərlər.
Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər ərizələrini və özləri haqqında məlumatları (CV) elektron formada z.rzayeva@edu.gov.az elektron poçtuna göndərə bilərlər (əlaqə telefonu: (012) 496-34-97, (012) 489-99-86)
 


10 il əvvəl