SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunmuş “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə layihə təkliflərinin qəbulu mərhələsi başa çatmışdır.
20 noyabr 2013-cü il tarixinədək 166 layihə təklifi qeydiyyata alınmışdır. Bunlardan 134 layihə təklifi “Təhsil siyasəti üzrə təşəbbüslər”, 32 layihə təklifi isə “Təhsil sahəsi üzrə tədqiqat təşəbbüsləri” istiqamətini əhatə edir. Təhsil Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən növbəti iki həftə ərzində layihələrin seçimi aparılacaqdır. Komissiya tərəfindən seçilmiş layihə müəllifləri ilə əlaqə saxlanacaqdır.
08/07/2015 16:52
Noyabrın 22-də Türkiyənin Eskişehir şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə) təhsil nazirlərinin ikinci görüşü keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov iştirak etmişdir. Türk Şurasının Baş Katibi Xəlil Akıncının sədrliyi ilə keçirilmiş görüşdə, həmçinin Türkiyə Respublikasının milli təhsil naziri Nəbi Avcı, Qırğızıstanın təhsil və elm naziri Kanat Sadıkov, Qazaxıstanın Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin sədri Nurlan Ibırayım, Türkiyənın Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya iştirak etmişlər. Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyəti barədə məlumat vermişdir. Nazir müavini ortaq tarix, dil, mədəni və dini irsin mövcudluğunun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzv ölkələrinin qarşılıqlı maraq doğuran məsələlər və xüsusilə təhsil sahəsində əməkdaşlığına geniş imkanlar yaratdığını bildirmişdir. C.Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Akademiyası və Türk Universitetlərarası İttifaqının yaradılmasının əhəmiyyətinə toxunmuş, əlifba və terminologiya sahəsində əməkdaşlığın, təhsil sistemlərimizin Bolonya prosesi çərçivəsində uyğunlaşdırılmasının ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşdırılmasında mühüm rol oynayacağını qeyd etmişdir. Görüş iştirakçıları Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə 16 avqust 2013-cü il tarixində Qəbələ şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Üçüncü Zirvə Toplantısının Bəyannaməsini rəhbər tutaraq, üzv ölkələrin milli qanunvericiliyinə uyğun icra olunması şərti ilə “Türk Universitetlərarası İttifaqının və Ali Təhsil Məkanının yaradılması üzrə Direktiv”in təsdiq edilməsi, müştərək hazırlanacaq ortaq tarix kitablarının orta məktəblərdə tədrisi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin təhsil nazirlərinin üçüncü görüşünün Azərbaycanda keçirilməsi barədə qərara gəlmişlər.
08/07/2015 16:52
Təhsil Nazirliyində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin müxtəlif sahələrinə dair əksini tapmış məsələlərin, nəzərdə tutulan hədəflərin müzakirəsinə həsr olunmuş “Dəyirmi masa”ların keçirilməsinə başlanılmışdır.
Qeyd olunan “Dəyirmi masa”larda nazirliyin müvafiq struktur bölmə rəhbərləri, təhsil mütəxəssisləri, müəllimlər, elm adamları, ictimaiyyətin nümayəndələri və digər əlaqədar şəxslər iştirak edirlər. İlk belə tədbir “İlk peşə-ixtisas təhsilinin gələcək inkişaf strategiyasının əsas istiqamətləri” mövzusuna həsr olunub. “Dəyirmi masa”da iştirak edən Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri və təhsil mütəxəssisləri Dövlət Strategiyası çərçivəsində ilk peşə-ixtisas təhsilinin inkişaf prioritetləri və ictimai statusunun yüksəldilməsi üsulları, “Müasir Azərbaycan peşəkarları layihəsi” çərçivəsində görülmüş işlərin əhəmiyyəti, əmək bazarının tələblərinin nəzərə alınmasının zəruriliyi və ümumilikdə, bu sahədə keyfiyyətin təmin edilməsi barədə fikirlərini nəzərə çatdırıblar. Müzakirələrdə ilk peşə-ixtisas təhsili ilə bağlı müxtəlif yanaşmalar təqdim olunub, nəzərdə tutulmuş islahatların məzmunu və uğurla həyata keçirilməsinin əsas yolları araşdırılıb. Həmçinin, Dövlət Strategiyasının məqsədi, seçilmiş prioritetlərin reallaşdırılması üçün qəbul olunmalı hüquqi-normativ sənədlər və effektiv icra mexanizminin formalaşdırılması, bu sahədə məzmunun yeniləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Noyabrın 30-da Sumqayıt şəhərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan hədəflərin müzakirəsinə həsr olunmuş “Dəyirmi masa” keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, təhsil mütəxəssisləri, elm adamları, məktəb direktorları, müəllimlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. “Dəyirmi masa” iştirakçıları Dövlət Strategiyası çərçivəsində təhsilin inkişaf prioritetləri və keyfiyyətin təmin edilməsi barədə fikirlərini nəzərə çatdırıblar. Dövlət Strategiyasında nəzərdə tutulmuş müddəalarən uğurla həyata keçirilməsi üçün ictimai dəstəyin əhəmiyyəti qeyd olunub, pedaqoji sahədə çalışanların müvafiq islahat və yeniliklərə hazır olmasının zəruriliyi vurğulanıb. Müzakirələr zamanı geniş fikir mübadiləsi aparılıb, müəllimləri və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
08/07/2015 16:52
Təhsil Nazirliyi ümumtəhsil məktəblərində boş qalmış vakant yerlərə aparılmış əlavə yerləşdirmənin nəticəsini açıqlayıb.
Əlavə yerləşdirmədə 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balı toplamış, lakin işə qəbul olunmamış şəxslər iştirak ediblər. Qeyd edək ki, yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilmiş 2162 vakansiya ilə bağlı təhlillər aparılıb və 1580 zəruri vakant yer müəyyənləşdirilib. 22-26 noyabr 2013-cü il tarixlərində həmin vakant yerlərdən elektron seçim imkanı verilib. Bu mərhələdə iştirak edən 1257 nəfərdən 307 nəfəri seçdiyi vakant yerə işə qəbul olunmaq hüququ qazanıb. 28 noyabr 2013-cü il tarixdə onlarla müsahibə keçirilib və 165 nəfərin işə qəbul edilməsi barədə qərar qəbul olunub. Tutulmayan vakant yerlərlə bağlı Təhsil Nazirliyi yerli təhsil orqanları ilə birgə qabaqlayıcı tədbirlər görüb. Belə ki, digər məktəblərdən əvəzçilik qaydasında işləmək üçün müəllimlər dəvət edilib, çalışmanın son yaş həddinə çatmış müəllimlərlə müqavilə müddəti uzadılıb, ixtisaslı müəllimlərlə dərs ilinin sonunadək müvəqqəti müqavilələrin bağlanması təmin olunub. 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərində boş qalan vakant yerlərə 28.11.2013-cü il tarixdə aparılmış əlavə yerləşdirmənin nəticəsi
08/07/2015 16:52
Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərinin nəzərinə!
6 dekabr 2013-cü il tarixində saat 10:00-da təhsil naziri Mikayıl Cabbarov Sumqayıt şəhərindəki Tarix Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərini qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.
08/07/2015 16:52
Dekabrın 4-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşüb.
Təhsil naziri Mikayıl Cabbarov ilk öncə görüş iştirakçılarını salamlayıb, bu tədbirə dəvət olunmaqdan məmnunluğunu ifadə edib. Nazir belə görüş və müzakirələrin dövlət və özəl biznes qurumları ilə təhsil müəssisələrinin səmərəli əməkdaşlığının inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirib. Nazir bütün dəyərli təkliflərin səmimi müzakirələr zamanı meydana çıxdığını nəzərə çatdırıb: “Sizlərlə həm işgüzar insan, həm fəal vətəndaş, həm də bir valideyn kimi danışmaq, gələcəyimiz olan uşaqların və gənclərin həyatında təhsilin rolunu müzakirə etmək və dəyərləndirmək istərdim”. Ölkəmizin dünya bazarında rəqabətliliyinin və xalqın firavanlığının təmin edilməsinə toxunan nazir bunun təhsilalanlar üçün nə qədər keyfiyyətli təhsil mühiti yaradılmasından asılı olduğunu bildirib. Bu baxımdan Təhsil Nazirliyi biznes dünyası ilə sosial əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Müasir iqtisadi inkişaf konsepsiyasının müəyyənləşdirilməsi ilə bağlı dünya təcrübəsi deməyə əsas verir ki, təhsil sahəsi ilə biznes dünyasının əməkdaşlığı hərtərəfli perspektiv inkişafı təmin edir. İqtisadi uğurlar əldə etmiş ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi siyasətin prioritet istiqamətini təşkil edir. Təhsil islahatlarının nəticələrinin dərhal hiss olunmadığını vurğulayan nazir bildirib ki, islahatlar təhsil prosesinin davamlılığının və fasiləsizliyinin təmin edilməsi şərti ilə mümkün qədər sürətləndirilməlidir. Azərbaycanda ölkənin davamlı tərəqqisi baxımından insan resurslarının inkişafı məsələsinə xüsusi əhəmiyyət verildiyini önə çəkən təhsil naziri dövlət başçısının irəli sürdüyü konsepsiyaya uyğun olaraq, əsas strateji hədəfin neft kapitalının insan kapitalına çevrilməsi olduğunu söyləyib. Ancaq təhsil sisteminin yeni səviyyəyə qaldırılmasına, onun keyfiyyət və effektivliyinin artırılmasına nail olmadan bu məsələni yerinə yetirmək mümkün deyil. Nazir bu gün Azərbaycanda təhsil sahəsinə dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini qeyd edib. Ölkə Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bu sahəyə verilən önəmi bir daha bariz şəkildə nümayiş etdirir. Dövlət Strategiyası təhsilimizin qarşısında duran əsas çağırışları müəyyən edir, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi üçün yolları göstərir. Dövlət Strategiyasının əhatə etdiyi istiqamətləri sadalayan nazir bu sənədin bir çox vacib hədəflər üzrə islahatlara zəmin yaratdığını vurğulayıb. Nazir qeyd edib ki, strategiyada uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumların hazırlanması, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması, məktəbəqədər, eləcə də ümumi təhsil müəssisələrində uşaqlara müvafiq xidmətlərin göstərilməsi (dərs və ya təlim vəsaitləri və s.) də strateji hədəflər sırasında yer alıb. Həmçinin, təhsil naziri erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması əsas məqsəd kimi qarşıya qoyulduğunu söyləyərək bildirib: “Burada bir məqamı da nəzərə almaq lazımdır ki, biz məktəbəqədər təhsili təhsil pillələrinin çox vacib həlqəsi kimi nəzərə alaraq onun inkişaf perspektivini çox aydın görürük. Bu gün müasir təhsil platforması bizə onu deyir ki, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafına dövlət siyasətində ciddi əhəmiyyət verilir”. Məktəb-valideyn münasibətlərinə toxunan nazir deyib: “İlk növbədə qeyd edim ki, hər bir şəxsin formalaşmasında ailə və valideynlər mühüm rol oynayır. Valideynlər övladlarının keyfiyyətli təhsil alması üçün məsuliyyət payını bölüşməli, məktəbin üzərinə düşən vəzifələri düzgün dəyərləndirməlidirlər. Məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində valideynlərin iştirakı genişləndirilməlidir”. Şagirdlərin peşə seçimində biznes qurumlarının da üzərinə mühüm vəzifələr düşdüyünü söyləyən təhsil naziri bu baxımdan şagirdlərin istehsal müəssisələrinə ekskursiyalarının təşkilinin və digər maraqlı layihələrin əhəmiyyəti haqqında fikirlərini bildirib. Təhsil islahatlarının uğurla nəticələnməsi işinə yalnız hökumətin öhdəliyi kimi baxmaq düzgün deyil. Bu, bütün cəmiyyətimizin, xüsusilə də biznes qurumlarının qarşısında duran mühüm vəzifələrdəndir. Nazir çıxışının sonunda görüş iştirakçılarına bir daha təşəkkürünü bildirib, təhsil islahatlarının məsuliyyətli və uzunmüddətli bir proses olduğunu nəzərə alaraq, ölkəmizin xoşbəxt gələcəyinin təmin edilməsi naminə birgə çalışmağın zəruriliyinə diqqət çəkib. Sonra nazir görüş iştirakçılarını maraqlandıran sualları cavblandırıb, Təhsil Nazirliyi ilə biznes dünyasının gələcək əməkdaşlığına dair geniş fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunmuş “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə yekun vurulmuşdur.
Müsabiqəyə təklif olunan layihələrin qiymətləndirilməsi müvafiq işçi qrupu tərəfindən həyata keçirilmişdir. İki mərhələdən ibarət olan qiymətləndirmə prosesində ilkin olaraq, müsabiqənin əvvəlcədən müəyyənləşdirilmiş şərtlərinə cavab verməyən layihələr müsabiqədən kənarlaşdırılmışdır. Növbəti mərhələdə seçilmiş layihələr müvafiq meyarlara uyğun olaraq qiymətləndirilmişdir. Müsabiqənin nəticəsi olaraq “Təhsil siyasəti üzrə təşəbbüslər” istiqaməti üzrə 13, “Təhsil sahəsində tədqiqat təşəbbüsləri” üzrə 5, ümumilikdə 18 layihə müsbət qiymətləndirilmişdir. Müsabiqədə qalib gələn layihələrin siyahısı: Təhsil siyasəti üzrə təşəbbüslər N Təşəbbüs qrupu və ya təşkilatın adı Layihənin adı 1 "Demokratik İnkişaf Platforması" və "Təhsil Tədqiqatları" ictimai birlikləri "Təbiət fənləri üzrə Avropanın innovativ təcrübə texnologiyalarının Azərbaycanın ümumi təhsil məktəblərində tətbiqinə dəstək" 2 "Gənclərin Sosial İnkişafına Dəstək" ictimai birliyi "Astara rayonunda məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması" 3 Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) "Azərbaycan Respublikasında ali məktəblərin reytinqinin müəyyən edilməsi" 4 Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi "Azərbaycan Respublikasının təhsil siyasətində çalışan dövlət qulluqçularının siyasət hazırlanması sahəsində kompetensiyalarının möhkəmləndirilməsi" 5 “Megavision” MMC "Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin, peşə məktəblərinin və digər təhsil ocaqlarının kütləvi şəkildə internet səhifələrinin avtomatik yaradılması və rahat idarəolunması barədə" 6 "İsmayıllı Gənc Müəllimlərinə Dəstək" təşəbbüs qrupu "Ucqar kənd müəllimlərinin sosial servislərdən tədris prosesində istifadəsinin aktivliyinin artırılması" 7 Azad Müəllimlər Birliyi "Təhsil prosesində ailə-məktəb əməkdaşlığının yolları" 8 Təhsil Problemləri İnstitutu Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüs qrupu "Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq yanaşması" 9 "Süheyl-Kreo" təşəbbüs qrupu "Zaqatala rayonunda "İnnovativ müəllimlər" qrupunun yaradılması və onların köməyi ilə müəllimlərin yeni təlim metodlarının tətbiqi faizinin yüksəldilməsi" 10 Biləsuvar Peşə Liseyi "Biləsuvar rayonunda müasir peşə ixtisaslı kadrların inkişafına dəstək" 11 "XXI əsr Təhsil Mərkəzi" ictimai birliyi "İnnovativ təlim metodları və texnologiyaların tezaurusunun yazılması" 12 "ABŞ təhsilli Azərbaycan məzunları" ictimai birliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzi "Tədqiqatın dəstəklənməsi, təqdim olunması və müzakirə edilməsi təhsil siyasətinin formalaşdırılmasının əsasları kimi" 13 Avrasiya Əməkdaşlıq/Qafqaz Tədqiqat Resurs Mərkəzi "Akademik dürüstlük: Azərbaycan Universitetlərində elmi məqalələrin yazılması" Təhsil sahəsi üzrə tədqiqat təşəbbüsləri N Təşəbbüs qrupu və ya tədqiqatçının adı Layihənin adı 1 Fizika-riyaziyyat və informatika təmayüllü lisey "Statistika və ehtimalın elementləri" 2 Afaq Əliyeva "Fənn kurikulumlarının tətbiqi ilə bağlı sorğu və müşahidələrin aparılması" 3 Vüqar Rüstəmli "Məzunlara dəstək-təhsilə dəstək" 4 Qafqaz Universiteti Pedaqoji fakültəsinin müəllimləri Rəşad Səlimov və Emin Ağayev "Şagirdlərin məktəbdənkənar fəaliyyətləri" 5 Vəli Hüseynov, Vitali Radskiy, Nicat Məmmədov "Təhsil siyasətinin yerləşmə, urbanizasiya, gender aspektləri və yerdəyişmə əsasında hazırlanması"
08/07/2015 16:52
Dekabrın 14-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Azərbaycan müəllimlərinin XIV qurultayının keçirilməsi nəzərdə tutulub.
Azərbaycan müəllimlərinin XIV qurultayı ilə bağlı təkliflərin qəbulu məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müvafiq elektron poçt ünvanı istifadəyə verilmişdir. Təhsil ictimaiyyətinin nümayəndələri, mütəxəssislər və digər əlaqədar şəxslər qurultayda müzakirəsi məqsədəuyğun hesab edilən məsələlərlə bağlı müvafiq təkliflərini qurultay@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
08/07/2015 16:52
Dekabrın 6-da “Gəncəli Plaza” otelində “Məşğulluq və peşə təhsili sahəsində ehtiyaclar və imkanlar” mövzusunda məşğulluq forumu keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı çərçivəsində görülmüş işləri müzakirə etmək və perspektiv fəaliyyət imkanlarını müəyyənləşdirməkdən ibarətdir. Qeyd edək ki, hökumətlərarası razılaşmaya uyğun olaraq, Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin 2008-ci ildən etibarən reallaşdırdığı proqram Azərbaycanda iqtisadi inkişaf proseslərinin planlaşdırılmasına və icrasının yaxşılaşdırılmasına xidmət edir. Dörd komponentdən ibarət olan bu proqramın bir komponenti Azərbaycanda ixtisaslaşmanın və məşğulluğun təşviq edilməsinə dair tədbirlər planının həyata keçirilməsini nəzərdə tutur.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı