• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 22-də Türkiyənin Eskişehir şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə) təhsil nazirlərinin ikinci görüşü keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov iştirak etmişdir.
Türk Şurasının Baş Katibi Xəlil Akıncının sədrliyi ilə keçirilmiş görüşdə, həmçinin Türkiyə Respublikasının milli təhsil naziri Nəbi Avcı, Qırğızıstanın təhsil və elm naziri Kanat Sadıkov, Qazaxıstanın Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin sədri Nurlan Ibırayım, Türkiyənın Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya iştirak etmişlər.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyəti barədə məlumat vermişdir. Nazir müavini ortaq tarix, dil, mədəni və dini irsin mövcudluğunun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzv ölkələrinin qarşılıqlı maraq doğuran məsələlər və xüsusilə təhsil sahəsində əməkdaşlığına geniş imkanlar yaratdığını bildirmişdir. C.Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Akademiyası və Türk Universitetlərarası İttifaqının yaradılmasının əhəmiyyətinə toxunmuş,  əlifba və terminologiya sahəsində əməkdaşlığın, təhsil sistemlərimizin Bolonya prosesi çərçivəsində uyğunlaşdırılmasının ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşdırılmasında mühüm rol oynayacağını qeyd etmişdir.
Görüş iştirakçıları Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə 16 avqust 2013-cü il tarixində Qəbələ şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Üçüncü Zirvə Toplantısının Bəyannaməsini rəhbər tutaraq, üzv ölkələrin milli qanunvericiliyinə uyğun icra olunması şərti ilə “Türk Universitetlərarası İttifaqının və Ali Təhsil Məkanının yaradılması üzrə Direktiv”in təsdiq edilməsi, müştərək hazırlanacaq ortaq tarix kitablarının orta məktəblərdə tədrisi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin təhsil nazirlərinin üçüncü görüşünün Azərbaycanda keçirilməsi barədə qərara gəlmişlər.


10 il əvvəl