• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunmuş “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə yekun vurulmuşdur.

Müsabiqəyə təklif olunan layihələrin qiymətləndirilməsi müvafiq işçi qrupu tərəfindən həyata keçirilmişdir.
İki mərhələdən ibarət olan qiymətləndirmə prosesində ilkin olaraq, müsabiqənin əvvəlcədən müəyyənləşdirilmiş şərtlərinə cavab verməyən layihələr müsabiqədən kənarlaşdırılmışdır. Növbəti mərhələdə seçilmiş layihələr müvafiq meyarlara uyğun olaraq qiymətləndirilmişdir.
Müsabiqənin nəticəsi olaraq “Təhsil siyasəti üzrə təşəbbüslər” istiqaməti üzrə 13, “Təhsil sahəsində tədqiqat təşəbbüsləri” üzrə 5, ümumilikdə 18 layihə müsbət qiymətləndirilmişdir. 

Müsabiqədə qalib gələn layihələrin siyahısı:

Təhsil siyasəti üzrə təşəbbüslər

N Təşəbbüs qrupu və ya
təşkilatın adı
Layihənin adı
1 "Demokratik İnkişaf Platforması"
və "Təhsil Tədqiqatları" ictimai birlikləri
"Təbiət fənləri üzrə Avropanın innovativ təcrübə texnologiyalarının Azərbaycanın ümumi təhsil məktəblərində tətbiqinə dəstək"
2 "Gənclərin Sosial İnkişafına Dəstək" ictimai birliyi "Astara rayonunda məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması"
3 Azərbaycandan Kənarda
Təhsil Almış Mütəxəssislər
Təşkilatı (AKTAM)
"Azərbaycan Respublikasında ali məktəblərin reytinqinin müəyyən edilməsi"
4 Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi "Azərbaycan Respublikasının təhsil siyasətində çalışan dövlət qulluqçularının siyasət hazırlanması sahəsində kompetensiyalarının möhkəmləndirilməsi"
5 Megavision” MMC "Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin, peşə məktəblərinin və digər təhsil ocaqlarının kütləvi şəkildə internet səhifələrinin avtomatik yaradılması və rahat idarəolunması barədə"
6 "İsmayıllı Gənc Müəllimlərinə
Dəstək" təşəbbüs qrupu
"Ucqar kənd müəllimlərinin sosial servislərdən tədris prosesində istifadəsinin aktivliyinin artırılması"
7 Azad Müəllimlər Birliyi "Təhsil prosesində ailə-məktəb əməkdaşlığının yolları"
8 Təhsil Problemləri İnstitutu Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüs qrupu "Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq yanaşması"
9 "Süheyl-Kreo"
təşəbbüs qrupu
"Zaqatala rayonunda "İnnovativ müəllimlər" qrupunun yaradılması və onların köməyi ilə müəllimlərin yeni təlim metodlarının tətbiqi faizinin yüksəldilməsi"
10 Biləsuvar Peşə Liseyi "Biləsuvar rayonunda müasir peşə ixtisaslı kadrların inkişafına dəstək"
11 "XXI əsr Təhsil Mərkəzi" ictimai birliyi "İnnovativ təlim metodları və texnologiyaların
tezaurusunun yazılması"
12 "ABŞ təhsilli Azərbaycan məzunları" ictimai birliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzi "Tədqiqatın dəstəklənməsi, təqdim olunması və müzakirə edilməsi təhsil siyasətinin formalaşdırılmasının əsasları kimi"
13 Avrasiya Əməkdaşlıq/Qafqaz Tədqiqat
Resurs Mərkəzi
"Akademik dürüstlük: Azərbaycan Universitetlərində elmi məqalələrin yazılması"

 

Təhsil sahəsi üzrə tədqiqat təşəbbüsləri

N Təşəbbüs qrupu və ya tədqiqatçının adı Layihənin adı
1 Fizika-riyaziyyat və informatika təmayüllü lisey "Statistika və ehtimalın elementləri"
2 Afaq Əliyeva "Fənn kurikulumlarının tətbiqi ilə bağlı sorğu və müşahidələrin aparılması"
3 Vüqar Rüstəmli "Məzunlara dəstək-təhsilə dəstək"
4 Qafqaz Universiteti Pedaqoji fakültəsinin müəllimləri Rəşad Səlimov və Emin Ağayev "Şagirdlərin məktəbdənkənar fəaliyyətləri"
5 Vəli Hüseynov, Vitali Radskiy,
Nicat Məmmədov
"Təhsil siyasətinin yerləşmə, urbanizasiya, gender aspektləri və yerdəyişmə əsasında hazırlanması"


10 il əvvəl