• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin müxtəlif sahələrinə dair əksini tapmış məsələlərin, nəzərdə tutulan hədəflərin müzakirəsinə həsr olunmuş “Dəyirmi masa”ların keçirilməsinə başlanılmışdır.

Qeyd olunan “Dəyirmi masa”larda nazirliyin müvafiq struktur bölmə rəhbərləri, təhsil mütəxəssisləri, müəllimlər, elm adamları, ictimaiyyətin nümayəndələri və digər əlaqədar şəxslər iştirak edirlər.
İlk belə tədbir “İlk peşə-ixtisas təhsilinin gələcək inkişaf strategiyasının əsas istiqamətləri” mövzusuna həsr olunub. “Dəyirmi masa”da iştirak edən Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri və təhsil mütəxəssisləri Dövlət Strategiyası çərçivəsində ilk peşə-ixtisas təhsilinin inkişaf prioritetləri və ictimai statusunun yüksəldilməsi üsulları, “Müasir Azərbaycan peşəkarları layihəsi” çərçivəsində görülmüş işlərin əhəmiyyəti, əmək bazarının tələblərinin nəzərə alınmasının zəruriliyi və ümumilikdə, bu sahədə keyfiyyətin təmin edilməsi barədə fikirlərini nəzərə çatdırıblar. Müzakirələrdə ilk peşə-ixtisas təhsili ilə bağlı müxtəlif yanaşmalar təqdim olunub, nəzərdə tutulmuş islahatların məzmunu və uğurla həyata keçirilməsinin əsas yolları araşdırılıb. Həmçinin, Dövlət Strategiyasının məqsədi, seçilmiş prioritetlərin reallaşdırılması üçün qəbul olunmalı hüquqi-normativ sənədlər və effektiv icra mexanizminin formalaşdırılması, bu sahədə məzmunun yeniləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


10 il əvvəl