SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 6-da “Gəncəli Plaza” otelində “Məşğulluq və peşə təhsili sahəsində ehtiyaclar və imkanlar” mövzusunda məşğulluq forumu keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı çərçivəsində görülmüş işləri müzakirə etmək və perspektiv fəaliyyət imkanlarını müəyyənləşdirməkdən ibarətdir.
Qeyd edək ki, hökumətlərarası razılaşmaya uyğun olaraq, Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin 2008-ci ildən etibarən reallaşdırdığı proqram Azərbaycanda iqtisadi inkişaf proseslərinin planlaşdırılmasına və icrasının yaxşılaşdırılmasına xidmət edir. Dörd komponentdən ibarət olan bu proqramın bir komponenti Azərbaycanda ixtisaslaşmanın və məşğulluğun təşviq edilməsinə dair tədbirlər planının həyata keçirilməsini nəzərdə tutur.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl