• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi tərəfindən Bakıdakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin VI-X sinif şagirdlərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil edilmişdir.

Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyat dərslərinin qarşılıqlı inteqrasiyasına həsr olunmuş ekskursiyalar məktəblilər tərəfindən böyük maraqla qarşılanmışdır.
İki hissədən ibarət olan ekskursiyalar zamanı açıq səma altında keçirilmiş dərslərdə şagirdlər xüsusi fəallıq göstərmişlər. Təsadüfi deyil ki, açıq səma altındakı dərslərdə məktəblilər daha çevik və yaradıcı təfəkkür nümayiş etdirmişlər. Belə dərslərdə şagirdlər sinif yoldaşları ilə ünsiyyətə daha çox meyl göstərir və qarşılıqlı əməkdaşlığa üstünlük verirlər. Bütün bunlar təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir.


10 il əvvəl