• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 4-də Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında yaradılmış “Vətən” sosial futbol məktəbinin açılış mərasimi olmuşdur.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müşaviri Hüseyn Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov, “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktoru Vasif Məmmədov, Real Madrid Fondunun vitse-prezidenti Enriqe Sançes və digər şəxslər iştirak etmişlər.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəklədiyi bu layihə çərçivəsində məşq edən 8-17 yaşlı uşaq və yeniyetmələrin (50 oğlan, 50 qız) müvafiq tələblər səviyyəsində təmin olunması üçün “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində hərtərəfli şərait yaradılmışdır. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Real Madrid Fondunun birgə layihəsi çərçivəsində fəaliyyət göstərən “Vətən” sosial futbol məktəbi Azərbaycanda futbola daha çox uşaq və gənc cəlb etmək məqsədlərinə xidmət edir.
Ölkəmizdə idmanın inkişafına, gənc nəslin sağlam həyat tərzinə cəlb olunması məsələlərinə xüsusi diqqət yetirilir. Bu baxımdan Bədən Tərbiyəsi və İdmanın İnkişafına dair Milli Strategiya (2009-2020) və Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı mühüm əhəmiyyət kəsb edən konseptual sənədlərdir.
Daha sonra “Vətən” sosial futbol məktəbinin rəmzi açılış lenti kəsilmiş, uşaqlara və məşqçi-müəllimlərə uğurlar arzulanmışdır.


10 il əvvəl