• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin idarə edilməsinin səmərəliliyini və nəticə yönümlülüyünü artırmaq məqsədilə ilə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorları üçün təlimlər keçirəcəkdir.

Təlimlərə 2014-cü ilin əvvəlindən başlanacaqdır. Cari ilin sonuna qədər iştirakçıların müsabiqə əsasında seçiminin yekunlaşdırılması planlaşdırılır.
Layihənin əsas məqsədi təlim iştirakçılarının idarəetmə sahəsində bilik və bacarıqlarının artırılmasıdır. Təlimlərdə məktəb direktorları ilə yanaşı, pedaqoji təcrübəyə malik digər şəxslər də iştirak edə bilərlər. Təlimlər səmərəli məktəb, kurikulum və idarəetmə, təhsilalanlar və idarəetmə, təhsilverənlər və idarəetmə, maliyyə və mühasibatlığın əsasları, məlumatın toplanması və təhlili, hesabatların hazırlanması və məktəb idarəetməsinin hüquqi əsasları mövzularını əhatə edəcəkdir. Müxtəlif modullar əsasında təşkil ediləcək təlimlər 10-12 həftə davam edəcəkdir.
Təlimin yekununda uğur sertifikatı əldə etmiş iştirakçıların ümumi təhsil müəssisələrində müxtəlif pilot layihələrin həyata keçirilməsinə cəlb olunması planlaşdırılır. Bu tip pilot layihələr özünüidarəetməyə keçid, şagirdbaşına maliyyələşmə mexanizminin tətbiqi, məktəb icmalarının təşkili və digər islahatların həyata keçirilməsini əhatə edəcəkdir.
Qeyd olunan tədbir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan təhsilin idarə olunmasında şəffaflığın təmin olunması, təhsilin nəticələrinə görə cavabdehliyin artırılması, məktəb liderliyi keyfiyyətinə sahib olma, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini ehtiva edir.
Təlimin məzmunu və iştirak üçün müraciət qaydaları haqqında yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


10 il əvvəl