SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Bakıdakı 160 nömrəli klassik gimnaziyanın VI-X sinif şagirdlərinin Təhsil Nazirliyi tərəfindən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyaları təşkil olunmuşdur.
900 şagirdin iştirak etdiyi ekskursiyalar həm müəllimlər, həm də şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Şagirdlər öncə qoruqdakı “Qala” Arxeolojı-Etnoqrafik Muzey Kompleksini və “Qala” Əntiq Əşyalar Muzeyini gəzərək Qala qəsəbəsinin tarixi haqqında məlumat əldə etmişlər. Qala Qəsri və qoruq ərazisindəki digər abidələrlə tanışlıq da məktəblilərdə böyük təəssürat yaratmışdır.
Ekskursiyalar zamanı şagirdlər maraqlı şəkillər çəkmiş, tarixi faktlar toplamış, ulu əcdadlarımızın həyat tərzi və sənətləri ilə yaxından tanış olmuşlar.
Məktəblilər Azərbaycanın zəngin tarixi, maddi-mədəni abidələri ilə tanışlığa imkan verən və Vətənə sevgi hissi aşılayan müvafiq ekskursiyalarda gələcəkdə də böyük məmnuniyyətlə iştirak etməyə hazır olduqlarını bildirmişlər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl