• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Avqustun 27-də Şəki 1 nömrəli Peşə Məktəbinin açılış mərasimi keçirilmişdir.

 Təhsil Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Yaponiya Hökumətinin birgə maliyyə dəstəyi ilə “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Proqramı” çərçivəsində təhsil müəssisəsində əsaslı təmir işləri aparılmış, tədris ocağının maddi-texniki bazası yenilənmişdir. Belə ki, peşə məktəbində turizm, xidmət, kompüter, tikiş sahələri üzrə yeni kabinetlər istifadəyə verilmiş və müvafiq avadanlıqlarla təchiz edilmişdir.
Açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Şusuke Vatanabe, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
1966-cı ildə yaradılmış və 1998-1999-cu tədris ilindən hazırkı binada fəaliyyət göstərən Peşə Məktəbində bu günə qədər əsaslı təmir işləri aparılmamışdır. Müasir avadanlıqlarla təchiz edilən Peşə Məktəbində növbəti tədris ilindən başlayaraq bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılması planlaşdırılır. Belə ki, Şəki rayonunun turizm potensialı nəzərə alınaraq, təhsil müəssisəsində turizm və xidmət sahələri üzrə yeni ixtisasların tədris edilməsi üçün müvafiq şərait yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti sayəsində ilk peşə-ixtisas təhsilinin statusunun artırılması istiqamətində son illər bir sıra mühüm qərarlar qəbul edilmişdir. Ölkə iqtisadiyyatının sürətli inkişafı ixtisaslı kadrlara olan tələbatı artırmışdır. Odur ki, peşə təhsili sahəsində islahatların sistemli şəkildə davam etdirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir.
Peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlamışdır. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulmuşdur.
Sentyabr ayında 14 nömrəli Bakı Peşə Məktəbində KNAUF şirkətinin dəstəyi ilə “Quru inşaat ustası”, 18 nömrəli Bakı Peşə Liseyində BOSCH şirkətinin dəstəyi ilə “Dülgər, xarrat-parket ustası” və “Eldar studio” şirkətinin dəstəyi ilə “Bərbər” ixtisası üzrə siniflər, 4 nömrəli Bakı Peşə Liseyində isə Belarus hökumətinin dəstəyi ilə “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə Resurs Mərkəzi açılacaqdır.
İlin sonuna kimi 14 nömrəli Bakı Peşə Məktəbində tikinti sahəsində ixtisaslaşmış və dünyanın ən böyük şirkətləri sırasında olan CCC (Konsolidayted Konstraktors Kompani) şirkəti ilə birlikdə tikinti sahəsi üzrə Resurs Mərkəzinin açılması nəzərdə tutulmuşdur. Resurs Mərkəzində elektrik qaz qaynaqçısı, boru kəmərlərinin quraşdırılması, çilingər-santexnik ixtisasları üzrə kadrlar hazırlanacaq və ölkəmizin peşə təhsili sistemində ilk dəfə onlara beynəlxalq ixtisas dərəcəsi veriləcəkdir. Qeyd olunan mərkəzdə təhsil prosesinin təşkilində beynəlxalq ekspertlər də iştirak edəcəklər.
Ümumiyyətlə, müvafiq istiqamətdə aparılan islahatların əsas məqsədi peşə məktəblərinin fəaliyyətini canlandırmaqdan ibarətdir. Həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulmuşdur.
 
 


10 il əvvəl