SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyi 2012-2013-cü dərs ilinin və təhsilalanların yekun dövlət attestasiyasının nəticələrinin təhlilini davam etdirir.
Məlum olduğu kimi, ötən tədris ilində ilk dəfə olaraq orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanının qiymətindən asılı olmayaraq, yekun dövlət attestasiyasının nəticələrinə görə attestatın verilməsi qərara alınmışdır. Bu il buraxılış imtahanlarında 2 qiyməti almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunmuşdur. Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də vardır.
Bu bir daha nümayiş etdirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş müvafiq qərar hər bir məzun üçün ali məktəblərə qəbul prosesində bərabər imkanlarının yaradılması baxımından düzgün qərar olmuşdur. Ali məktəblərlə yanaşı, həmin şəxslərin orta ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunmaq şanslarının olduğunu da nəzərə alsaq, bununla da həmin gənclərin sosial həyata aktiv şəkildə qoşulmaq imkanları xeyli artmış olur.
Təhsil Nazirliyi, həmçinin ötən dərs ilində qızıl və gümüş medallarla təltif olunmuş şəxslərin qəbul imtahanlarında göstərdiyi nəticələrinin də təhlilini aparmışdır.
Belə ki, 248 medalçıdan
3 nəfəri (1%) 700 bal
145 nəfəri (58%) 600-699 bal
49 nəfəri (20%) 500-599 bal
22 nəfəri (9%) 400-499 bal
12 nəfəri (5%) 200-399 bal
1 nəfəri 140 bal toplamışdır.
16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülmüşdür.
Beləliklə, bu il medallara layiq görülmüş məzunların mütləq əksəriyyəti öz bilik səviyyəsini təsdiqləmişlər.
Növbəti illərdə məktəb proqramı ilə qəbul imtahanlarının məzmun və metodologiyalarının uyğunlaşdırılması istiqamətində aparılan işlərin yekunlaşması ilə təhsilalanların biliklərinin qiymətləndirilməsi prosesində keyfiyyətin yüksək səviyyəyə çatdırılmasının şahidi olacağıq. Təhsil Nazirliyi bu sahədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərdiyini nəzərə çatdırır və təhsilin keyfiyyətinin artırılmasına nail olacağına əminliyini ifadə edir.
Aktuallığına görə qızıl və gümüş medalçılarla bağlı məsələlərin kütləvi informasiya vasitələrinin diqqətində saxlanılması Təhsil Nazirliyi tərəfindən təbii qarşılanır. Eyni zamanda, bu mövzunu işıqlandırarkən yüksək nəticə göstərmiş abituriyentlərin uğurlarına da diqqət yetirilməsinin zəruriliyini yaddan çıxarmamağı tövsiyə edirik.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl