• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Böyük Britaniyanın nüfuzlu “The Pıe News” beynəlxalq təhsil sahəsi üzrə peşəkarlar üçün xəbərlər və biznesin təhlili portalında ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilmiş tədbirlər haqqında məqalə dərc edilmişdir http://thepienews.com/news/azerbaijan-scholarships-abroad-to-fill-skills-gaps-at-home/.

Yazıda Dövlət Proqramının məqsədi, məzunların işlə təmin olunması mexanizmi, ölkənin ehtiyacına uyğun prioritet ixtisasların müəyyənləşdirlməsi, əhatə olunan ölkələrin coğrafiyası, indiyə qədər xaricə göndərilmiş tələbələr və digər məsələlərdən söhbət açılır.
Müəllif Azərbaycan hökuməti tərəfindən dəstəklənən Dövlət Proqramı çərçivəsində tələbələrin Avropa, Şimali Amerika, eləcə təhsil sistemi inkişaf etmiş digər ölkələrdə təhsil almaq üçün təqaüdə layiq görüldüyünü vurğulayır. Qeyd olunur ki, Dövlət Neft Fondu tərəfindən maliyyələşən proqram çərçivəsində ölkənin mühəndislik, informatika, hüquq və ictimai səhiyyə sahəsində mutəxəssislərə olan ehtiyacını təmin etmək üçün tələbələr dünyanın ən yaxşı universitetlərində bu sahələr üzrə təhsilə cəlb edilir.
Proqrama marağın yüksək olmasını önə çəkən müəllif ölkə Prezidentinin təşəbbüsü ilə 2007-ci ildən fəaliyyətə başlamış xaricdə təhsil üzrə Dövlət Proqramının əsas məqsədinin azərbaycanlı tələbələrin ölkənin davamlı inkişafına töhfə verəcək yüksək ixtisaslı milli kadrlar kimi yetişdirilməsindən ibarət olduğunu bildirir. Məqalədə, həmçinin məzunlar qayıtdıqdan sonra onları işlə təmin etmək məqsədilə Təhsil Nazirliyinin planlaşdırdığı tədbirlər işıqlandırılır, işəgötürənlərlə məzunların arasında erkən və intensiv əlaqələrin yaradılmasına yardım etmək üçün atılacaq addımlardan söhbət açılır. Bildirilir ki, ilk növbədə, məzunların işəgötürənlər üçün vacib bilik və bacarıqlara yiyələndiklərinə əmin olmaq lazımdır. Bu da, öz növbəsində, tərəflərin maraqlarının problemsiz üst-üstə düşməsinə səbəb olacaqdır.
Dövlət Proqramı üzrə müəyyənləşdirilmiş prioritet ixtisaslara gəlincə, qeyd olunur ki, xarici dil bilən, əsasən də İKT, beynəlxalq diplomatiya, hüquq, biznesin idarəedilməsi, sosial və siyasi elmlər sahələrində bacarıqlara yiyələnmiş yüksək ixtisaslı kadrlara ehtiyac duyulur.
Proqram çərçivəsində xarici ölkə universitetlərinə göndərilmiş tələbələrin statistikasını nəzərə çatdıran müəllif indiyə qədər Dövlət Proqramı üzrə ümumilikdə 1825 təqaüd verildiyini və 533 nəfərin məzun olduğunu bildirir.


10 il əvvəl