• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Ceyhun Bayramov təhsil nazirinin müavini təyin olunmuşdur.

Ceyhun Bayramov bundan öncə Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışmışdır. Yeni təyinatla bağlı Təhsil Nazirliyində toplantı keçirilmişdir. Təhsil naziri Mikayıl Cabbarov Ceyhun Bayramovu Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinə təqdim etmişdir.

Son günlər bəzi kütləvi informasiya vasitələrində Təhsil Nazirliyinə “istinad edilərək” həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Belə ki, bir sıra KİV-də Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələri rəhbərlərinə qızlarını məktəbdən yayındıraraq nişanlayan və ya ərə verən ailələrin siyahısının hazırlanması haqqında tapşırıqlar verilməsi ilə bağlı yanlış informasiyalar yer almışdır. Təhsil Nazirliyi heç bir əsası olmayan belə məlumatları təkzib edir və reallıqdan uzaq informasiyaların yayılmasının yolverilməz olduğunu nəzərə çatdırır. Təhsil müəssisələrində davamiyyət məsələsi hər zaman Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Ancaq bu, müvafiq qanunvericilik və milli-mənəvi dəyərlərimizə hörmət əsasında həyata keçirilir. Qeyd edək ki, Təhsil Nazirliyi KİV-lə əməkdaşlığın şəffaflıq və qarşılıqlı hörmət əsasında təşəkkül tapmasına çalışır. Təəssüflə bildiririk ki, bəzən KİV-də sensasiya naminə mənbəyi məlum olmayan məlumatlara da təsadüf edilir. Təhsil Nazirliyi belə arzuolunmaz hallara yol verən kütləvi informasiya vasitələrini məsuliyyətli olmağa və mövcud əlaqələri daha da inkişaf etdirməyə çağırır. Təhsil Nazirliyi səlahiyyətlərinə aid olan bütün məsələlərlə bağlı çevik və açıq informasiya siyasətinə sadiqdir. Nazirliyə mütəmadi olaraq kütləvi informasiya vasitələrindən yazılı şəkildə daxil olan sorğular operativ cavablandırılır və cavablar rəsmi internet səhifəsində yerləşdirilir. Bir daha qeyd edək ki, Təhsil Nazirliyi bundan sonra da fəaliyyətinə dair bütün sualları cavablandırmağa və kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığa hazır olduğunu bildirir.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ili üzrə xaricdə təhsil almaq üçün müraciət etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, elektron ərizələrin qeydiyyat müddəti 1 gün uzadılmışdır.

Belə ki, Təhsil Nazirliyi elektron ərizələrin qeydiyyatı üçün son tarixin 16 avqust 2003-cü il tarixinə dəyişmək barədə qərar qəbul etmişdir. Avqustun 16-sı saat 23:59-a qədər qeydiyyatdan keçmiş (http://xaricdetehsil.edu.gov.az/c-proqram-haqqinda/Sened-qebulu-ELAN2013-2014/) ərizəçilər sənədlərini 16 avqustdan sonrakı 5 iş günü ərzində Təhsil Nazirliyinə təqdim edə bilərlər.

Təhsil Nazirliyində yeni kadr təyinatları aparılmışdır.

Təhsil nazirinin müvafiq əmrinə əsasən Elxan Hüseynov təhsil nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir. Elxan Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika–riyaziyyat fakültəsini bitirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmiş, 1994-cü ildə dosent elmi adı almışdir. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləmişdir. Təhsil nazirinin digər əmrinə əsasən Rəcəb Səttarov Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir. Rəcəb Səttarov Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1979-1981-ci illərdə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında assistent vəzifəsində çalışmışdır. 1981-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında oxumuşdur. 1985-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən etibarən Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda BDU-nun fəlsəfə kafedrasının dosentidir. Uzun illər ali təhsil sahəsində çalışmış, yüksək səviyyəli mütəxəssis kimi tanınan hər iki şəxs Təhsil Nazirliyinin ali təhsil sahəsində həyata keçirdiyi islahatların reallaşdırılması istiqamətində fəaliyyət göstərəcəklər.

2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatmışdır.

Müəllimlərin işə qəbulu üzrə imtahanların nəticəsinə görə 1597 nəfər müsahibə mərhələsinə buraxılmışdı. 12-16 avqust 2013-cü il tarixlərində keçirilmiş müsahibənin nəticəsinə əsasən 1245 müəllim işə qəbul olunmuşdur. 19 avqust 2013-cü il tarixdə saat 10:00-da müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə boş qalan vakant yerlərə əlavə yerləşdirmə üçün ərizə qəbuluna başlanmışdır. Vakant yerlərin seçim prosesi 21 avqust 2013-cü il tarixdə saat 18:00-da başa çatdırılacaqdır. Əlavə yerləşdirmədə iştirak etmək üçün keçid balını toplamış, lakin işə qəbul olunmamış namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış ola, ixtisası üzrə ən çoxu 4 vakant yer seçə və seçimlərini təsdiqləyə bilərlər. Əlavə yerləşdirmənin nəticələri haqqında müvafiq məlumat 21 avqust 2013-cü il tarixdə saat 19:00-da dərhal namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir. Əlavə yerləşdirmə nəticəsində vakant yerləri tutanlar üçün avqustun 23-də müsahibə keçiriləcəkdir.

Siyəzən, Quba, Xaçmaz, Xızı, Şabran, Qusar rayonlarında yaşayan vətəndaşların nəzərinə!

24 avqust 2013-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Siyəzən şəhərindəki Gənclər Evində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Siyəzən, Quba, Xaçmaz, Xızı, Şabran, Qusar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya office@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Avqustun 21-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış 6 nəfər abituriyent və onların valideynləri ilə görüşmüşdür.

Təhsil naziri ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri əldə etdikləri uğurlara görə təbrik etmiş, onların gələcəkdə yüksək səviyyəli mütəxəssis kimi yetişəcəklərinə inandığını söyləmişdir. Abituriyentlərin belə möhtəşəm nailiyyət qazanmasında təhsil aldıqları məktəblərin, müəllimlərin mühüm rolunu qeyd edən nazir xüsusilə onların ailələrinə və valideynlərinə minnətdarlığını bildirmişdir. Abituriyentlər təhsil aldıqları məktəblər, müəllimləri və valideynləri haqqında təhsil nazirinə məlumat vermiş, göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Övladlarının əldə etdiyi yüksək uğurlara görə qürur hissi keçirdiklərini söyləyən valideynlər onların seçdikləri ixtisaslara dərindən yiyələnəcəklərinə əminliklərini ifadə etmişlər. Görüşün sonunda ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərə Təhsil Nazirliyi adından qiymətli hədiyyələr təqdim olunmuşdur.

Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşların nəzərinə!

27 avqust 2013-cü il tarixində saat 09:30-da təhsil naziri Mikayıl Cabbarov Şəki şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya office@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Avqustun 20-də Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə ərizə qəbulu başa çatmışdır.

Bakı şəhərində uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün yaradılmış komissiyalar avqustun 5-dən Nəsimi rayonundakı 42 nömrəli məktəbdə fəaliyyət göstərir. Həmin komissiyaların hər birində ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlər təmsil olunur. Bakı şəhəri üzrə uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı 3788 ərizə daxil olmuşdur. Avqustun 20-dək müsahibədən keçirilmiş 1868 uşaqdan 975-nin vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilmişdir. Müsahibə valideynlərin iştirakı ilə keçirilir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə müsahibənin videoçəkilişi aparılır. Bu il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan uşaqlarla aparılan müsahibənin sentyabrın 10-da başa çatdırılması nəzərdə tutulmuşdur.

Avqustun 23-də Təhsil Nazirliyi tərəfindən keçirilən IV “Elektron təhsil” və “1 şagird : 1 kompüter” Respublika müsabiqələri qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

 Hər iki müsabiqə üzrə bütün layihələr onlayn qaydada təqdim edilmişdir. Belə ki, iştirakçılar www.musabiqe.edu.az səhifəsindən qeydiyyatdan keçərək öz işlərini müsabiqəyə göndərmişlər. Müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən onlayn qaydada qiymətləndirilmişdir. “Elektron təhsil” müsabiqəsinin məqsədi Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının daha geniş istifadəsini stimullaşdırmaq və müəllimlərin bu sahəyə marağını artırmaqdır. “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli”, “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə keçirilən müsabiqəyə 781 layihə təqdim olunmuşdur. Müsabiqənin hər üç nominasiyası üzrə qaliblərə diplomlar, noutbuklar, netbuklar, printerlər və digər xüsusi mükafatlar təqdim olunmuşdur. Qaliblərlə yanaşı, müsabiqədə fərqlənmiş digər 24 iştirakçıya da müxtəlif hədiyyələr verilmişdir. “1 şagird : 1 kompüter” müsabiqəsinin əsas məqsədi Təhsil Nazirliyi tərəfindən alınmış 200 ədəd netbukun daha səmərəli istifadə etməyə hazır olan müəllimlər və məktəblər arasında bölüşdürülməsini təmin etməkdən ibarətdir. Yalnız II-VI siniflərdə dərs deyən müəllimlərin qatıldığı müsabiqəyə 206 layihə təqdim edilmişdir. Müsabiqənin birinci mərhələsinə 140 iştirakçının layihəsi qəbul edilmişdir. Ekspert komissiyasının seçimi əsasında ikinci mərhələyə buraxılmış 30 layihədən 9-u qalib gəlmişdir. Müsabiqədə qalib gəlmiş müəllimlərin sinif otağı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq, noutbukla, proyekotrla, elektron lövhə və şagirdlərin sayına uyğun netbuklarla təchiz ediləcəkdir.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı