• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinə daxil olmuş müraciətlər əsasında Nazirliyin Daxili nəzarət şöbəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində Bakı şəhərində yerləşən 3 təhsil müəssisəsində ciddi faktlar aşkarlanmış və müvafiq tədbirlər görülmüşdür.

Bakı şəhəri, Xətai rayonunda yerləşən  245 nömrəli tam orta məktəbin direktoru V.Məcidovanın fəaliyyəti ilə bağlı Daxili nəzarət şöbəsinə müəllim və valideynlərin çoxsaylı şikayətləri daxil olmuş, uşaqların I sinfə qəbulu və digər sahələrlə bağlı ciddi nöqsanlara yol verildiyi aşkarlanmışdır. 13 iyun 2013-cü il tarixdən məktəbin direktoru ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda qeyd olunan təhsil müəssisəsində aparılan araşdırmalar davam etdirilir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin direktoru K.Hacıyev və 11 nömrəli xüsusi internat məktəbin direktoru M.Cəfərova uşaqların sosial-məişət qayğılarına biganə münasibətlərinə, işə məsuliyyətsiz yanaşdıqlarına, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiklərinə, vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiklərinə görə təhsil nazirinin müvafiq əmri ilə tutduqları vəzifədən azad edilmişlər. Təhsil Nazirliyi bildirir ki, gələcəkdə işdə ciddi nöqsanlara yol vermiş şəxslərin yalnız intizam deyil, qanunvericiliklə nəzərdə tutulmuş hallarda inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər həyata keçiriləcəkdir. Təhsil sistemində mövcud olan neqativ hallarla mübarizədə sistemli yanaşma tətbiq ediləcəkdir. Müvafiq nöqsanlarla bağlı görülmüş tədbirlərdən təhsil sistemində çalışan hər bir şəxs düzgün nəticə çıxarmalı, qanunvericiliyin tələblərinə riayət etməlidir.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov iyunun 20-də ABŞ təhsilli məzunların 2-ci Təhsil Forumunda iştirak etmişdir.

ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Təhsildə İnnovasiyalar Mərkəzi və Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzi tərəfindən təşkil edilmiş və “Azərbaycan təhsil sistemində islahatlar: problemlər və siyasət həlləri” mövzusunda keçirilən tədbirdə Mikayıl Cabbarov çıxış etmişdir. Nazir hazırda ölkədə təhsil sahəsində həyata keçirilən islahatların dövlət orqanlarının, pedaqoji və elmi ictimaiyyətin və ümumiyyətlə cəmiyyətin birgə çalışmasını tələb etdiyini vurğulayaraq, bu baxımdan xaricdə, dünyanın ən yaxşı ali təhsil müəssisələrində təhsil alaraq, Vətənə qayıtmış məzunların bilik və bacarığından istifadənin əhəmiyyətini qeyd etmişdir. Təhsilin inkişafına ayrılan vəsaitlərin ölkə və cəmiyyətin xoşbəxt gələcəyinə qoyulmuş ən yaxşı sərmayə kimi dəyərləndirən nazir, Azərbaycanın hazırda böyük sürətlə inkişaf etdiyini və bu inkişafın dəstəklənməsində, onun dönməzliyinin təmin edilməsində təhsilin rolunun əvəzedilməz olduğunu bildirmişdir. Mikayıl Cabbarov, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulmuş “Qara qızılın insan kapitalına çevrilməsi” strategiyasının həyata keçirilməsi üçün təhsil sisteminin yeni səviyyəyə qaldırılması, onun keyfiyyət və effektivliyinin artırılmasında inkişaf etmiş ölkələrin bu sahədə olan ən yaxşı təcrübələrindən istifadənin zəruriliyi barədə danışmışdır. Sonda Mikayıl Cabbarov forum iştirakçılarına işlərində uğurlar arzulamış və bu tədbirin ölkəmiz üçün həyati əhəmiyyət daşıyan təhsil sahəsinin inkişafına dəyərli töhfə verəcəyinə inamını ifadə etmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov və Texniki peşə təhsili şöbəsinin müdiri N.Məmmədov iyunun 30-dan iyulun 5-dək Koreya İnsan Resursları İnkişaf Xidmətinin təşəbbüsü ilə təhsil siyasətinin, xüsusilə peşə təhsili siyasətinin formalaşdırılması üzrə Cənubi Koreyada təşkil edilən beynəlxalq seminarda iştirak ediblər.

Beynəlxalq seminara Cənubi Koreyanın müxtəlif peşə təhsili müəssisələrinin və agentliklərinin rəhbərləri, həmçinin Qırğızıstan, İndoneziya, Nepal, Banqladeş, Kamerun, Yəmən, Vyetnam, Tanzaniya, Anqola və s. ölkələrin peşə təhsili sahəsinə rəhbərlik edən şəxslər qatılıblar. Seminarın təşkilində əsas məqsəd Koreyada peşə hazırlığı sisteminin təşkili, peşə təhsili siyasətinin formalaşdırılması prinsipləri və təhsil müəssisələrinin fəaliyyətləri ilə tanış olmaq, Cənubi Koreya hökumətinin dəstəyi ilə peşə təhsili sistemini yenidən quran ölkələrdə həyata keçirilən layihələr barədə məlumat toplamaq idi. Məlumat üçün qeyd edək ki, Cənubi Koreya Respublikasının inkişafında texniki peşə təhsili mühüm rol oynayır. Belə ki, ötən əsrin 50-ci illərində adambaşına düşən milli gəlir 200 dollar təşkil etdiyi halda, hazırda Cənubi Koreyada bu göstərici 20 min dollardan çoxdur. Qısa müddət ərzində Cənubi Koreyanın dünyada iqtisadi inkişaf baxımından lider ölkələrdən birinə çevrilməsində əmək bazarının tələblərinə müvafiq olaraq ixtisaslı kadr hazırlığını həyata keçirə bilən peşə təhsili sisteminin formalaşması xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı Koreya Politexnik Kollecində, İnsan Resursları İnkişaf Xidmətində, Koreyanın iri sənaye şirkətləri olan Hyundai və POSCO-nun bir sıra istehsal müəssisələrində görüşlər keçirilib. Təhsil Nazirliyinin nümayəndələri ilə Bakıda “Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzi”nin yaradılması təşəbbüsü ilə çıxış edən “DEU İnternational” və “ED Corporation”un təmsilçilərinin görüşləri də yaddaqalan olub. Görüşlərdə layihənin Azərbaycan höküməti ilə razılaşdırılması və həyata keçirilməsi üçün səylərin gücləndirilməsi məsələləri müzakirə edilib.

İyunun 22-də təhsil naziri Mikayıl Cabbarov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.

Qeyd olunan rayonların təhsil şöbələri müdirlərinin, eyni zamanda nazirliyin digər tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlar, əsasən işə götürülmə, dərs saatlarının artırılması, məktəblərin təmiri, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, buraxılış imta­hanları, dərsliklərin məzmunu, ali məktəblərdəki problemlər, təhsil haqqı, köçürmələr, yeni təhsil müəssisələrinin yaradılması və digər məsələlərlə əlaqədar müraciət etmişlər. 86 vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapmışdır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilmişdir. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.

İyunun 28-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Norveç Krallığının və Ukraynanın ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirmişdir.

Görüşlərdə Norveç tərəfindən səfir Erlinq Şönsberq, Ukrayna tərəfindən səfir Oleksandr Mişenko iştirak etmişlər. Görüşlər zamanı tərəflər ölkələrimiz arasında təhsil sahəsində ikitərəfli əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmış, əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi və s. məsələləri müzakirə etmişlər.

İyulun 1-dən 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbuluna başlanılmışdır.

Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin rəsmi internet saytının “Müəllimlərin işə qəbulu” səhifəsinə (http://www.edu.gov.az/view.php?lang=az&menu=391&id=4084) daxil olaraq elektron ərizələrini verə bilərlər. 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müəyyənləşdirilmişdir. Onlardan 2999-u Azərbaycan bölməsi, 187-si isə rus bölməsi üzrədir. Azərbaycan bölməsi üzrə ən çox vakant yer biologiya, kimya, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, fizika, tarix, ingilis dili və informatika fənləri üzrədir. Rus bölməsi üzrə isə ən çox vakant yer ibtidai sinif müəllimi ixtisası üzrədir. Elektron ərizələrin qəbulu 15 iyul 2013-cü il tarixində saat 18:00-da başa çatacaq. Hər bir namizəd test imtahanlarının keçirilmə tarixi barədə məlumatı 21-23 iyul tarixlərində Təhsil Nazirliyinin rəsmi internet saytının “Şəxsi səhifə” bölməsindən ala biləcək.

İyulun 1-də təhsil naziri Mikayıl Cabbarov məktəblilərin beynəlxalq fizika, kimya, biologiya və riyaziyyat olimpiadalarında Azərbaycan komandalarının iştirakı barədə müvafiq əmrlər imzalamışdır.

Əmrlərə əsasən, beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edəcək komandaların tərkibi müəyyənləşdirilmiş və onların iştirakının təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. 44-cü Beynəlxalq Fizika Olimpiadası 7-15 iyul 2013-cü il tarixlərində Danimarkanın Kopenhagen şəhərində, 45-ci Beynəlxalq Kimya Olimpiadası 15-24 iyul 2013-cü il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində, 24-cü Beynəlxalq Biologiya Olimpiadası 14-21 iyul 2013-cü il tarixlərində İsveçrənin Bern şəhərində, Beynəlxalq Riyaziyyat Olimpiadası 18-28 iyul 2013-cü il tarixlərində Kolumbiyanın Santa Mariya şəhərində keçiriləcəkdir. Beynəlxalq olimpiadalarda ölkəmizi Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki, Lənkəran, Ağdaş və Qubada fəaliyyət göstərən məktəblərdə təhsil alan 19 şagird təmsil edəcək.

İyulun 1-də təhsil naziri Mikayıl Cabbarov Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Dünya Bankının İnsan İnkişafı üzrə Cənubi Qafqaz ölkələrində sektor əlaqələndiricisi xanım Meskerem Mulatu və Dünya Bankının Azərbaycandakı nümayəndəsi xanım Larisa Leşenko iştirak etmişlər. Görüş zamanı Dünya Bankı tərəfindən Azərbaycanda təhsil sahəsində aparılan islahatlar, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

İyulun 2-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndələri, İran İslam Respublikasının və İsrail Dövlətinin ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirmişdir.

Görüş zamanı Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin yaradılması” layihəsi müzakirə edilmişdir. İran İslam Respublikasının səfiri Möhsün Pakayin və İsrail Dövlətinin səfiri Rafael Harpaz ilə keçirilmiş ikitərəfli görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmış, ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir.

Facebook http://www.facebook.com/tehsil.gov.az və Twitter https://twitter.com/tehsilgovaz sosial şəbəkələrində Təhsil Nazirliyinin rəsmi səhifələri yaradılmışdır.

Nazirliyin fəaliyyəti ilə bağlı yeni məlumatları istifadəçilər bu səhifələrdən də əldə edə bilərlər. Yalnız yuxarıda qeyd olunan  ünvanlar Təhsil Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələridir.  Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində Nazirliyin rəhbər şəxsləri tərəfindən ayda bir dəfə vətəndaşların təhsillə bağlı suallarının cavablandırılması nəzərdə tutulur. Vətəndaşlardan xahiş olunur ki, təhsil sahəsi ilə bağlı sualları ilk növbədə Nazirliyin rəsmi elektron poçt ünvanlarına (office@edu.gov.az, qaynar-xett@edu.gov.az) göndərsinlər. Təhsil Nazirliyinin rəsmi internet saytında Nazirliyin FacebookTwitter sosial şəbəkələrindəki rəsmi səhifələrinə keçidlər yerləşdirilmişdir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı