• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 1-dən 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbuluna başlanılmışdır.

Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin rəsmi internet saytının “Müəllimlərin işə qəbulu” səhifəsinə (http://www.edu.gov.az/view.php?lang=az&menu=391&id=4084) daxil olaraq elektron ərizələrini verə bilərlər.
2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müəyyənləşdirilmişdir. Onlardan 2999-u Azərbaycan bölməsi, 187-si isə rus bölməsi üzrədir. Azərbaycan bölməsi üzrə ən çox vakant yer biologiya, kimya, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, fizika, tarix, ingilis dili və informatika fənləri üzrədir. Rus bölməsi üzrə isə ən çox vakant yer ibtidai sinif müəllimi ixtisası üzrədir.
Elektron ərizələrin qəbulu 15 iyul 2013-cü il tarixində saat 18:00-da başa çatacaq. Hər bir namizəd test imtahanlarının keçirilmə tarixi barədə məlumatı 21-23 iyul tarixlərində Təhsil Nazirliyinin rəsmi internet saytının “Şəxsi səhifə” bölməsindən ala biləcək.


10 il əvvəl