• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Facebook http://www.facebook.com/tehsil.gov.az və Twitter https://twitter.com/tehsilgovaz sosial şəbəkələrində Təhsil Nazirliyinin rəsmi səhifələri yaradılmışdır.

Nazirliyin fəaliyyəti ilə bağlı yeni məlumatları istifadəçilər bu səhifələrdən də əldə edə bilərlər. Yalnız yuxarıda qeyd olunan  ünvanlar Təhsil Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələridir. 
Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində Nazirliyin rəhbər şəxsləri tərəfindən ayda bir dəfə vətəndaşların təhsillə bağlı suallarının cavablandırılması nəzərdə tutulur. Vətəndaşlardan xahiş olunur ki, təhsil sahəsi ilə bağlı sualları ilk növbədə Nazirliyin rəsmi elektron poçt ünvanlarına (office@edu.gov.az, qaynar-xett@edu.gov.az) göndərsinlər.
Təhsil Nazirliyinin rəsmi internet saytında Nazirliyin FacebookTwitter sosial şəbəkələrindəki rəsmi səhifələrinə keçidlər yerləşdirilmişdir.


10 il əvvəl