• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi 22.05.2013-cü il tarixindən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində növbəti tədris ili üçün sənəd qəbulunu həyata keçirir.

Sənədlərin qəbulu 15.08.2013-cü il tarixinə qədər davam edəcəkdir. Bu dövr ərzində Təhsil Nazirliyi tərəfindən sənədləri rəsmi şəkildə qəbul edilmiş  bütün namizədlərlə fərdi müsahibələr aparılacaqdır. Yekun qərar (müsbət, yaxud mənfi) verildiyi zaman bu barədə bütün namizədlərə məlumat veriləcəkdir. 10.07.2013-cü il tarixinə qədər  274 vətəndaş sənədlərini təqdim etmək üçün Təhsil Nazirliyinə müraciət etmişdir.

Yevlax, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Göyçay, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşların nəzərinə!

19 iyul 2013-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Yevlax, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Göyçay, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya office@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Azərbaycan Respublikası təhsil nazirinin “2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmrinə uyğun olaraq, iyulun 1-dən elektron ərizələrin qəbuluna başlanılmışdır.

İyulun 15-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu prosesi başa çatmışdır. 15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18782 nəfərin ərizəsi qəbul olunmuşdur. Ötən ilin statistikasına görə, müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı 3270, müraciətlərin sayı isə 16195 olmuşdur. Bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha cox olmuşdur. Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə bir ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınmışdır. İşə qəbul üzrə qeydiyyatdan keçmiş ərizələrin təsdiqlənməsi prosesinin 16-20 iyul 2013-cü il tarixlərində həyata keçirilməsi nəzərdə tutulur. 21-23 iyul 2013-cü il tarixlərində imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə test imtahanının vaxtı və yeri barədə məlumat göndəriləcəkdir. Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda keçiriləcəkdir. Universitetdə lokal şəbəkə qurulmuş və serverə qoşulmuşdur. 2 imtahan otağında 240 kompüter yerləşdirilmiş, mühafizə və təhlükəsizlik təmin edilmişdir. Müəllimlərin işə qəbulu üzrə test imtahanları 25 iyul - 7 avqust tarixlərində, hər gün (bazar günlərindən başqa) saat 9:00-dan 18:00-dək keçiriləcəkdir. Hər bir qrup üzrə imtahana 1 saat vaxt ayrılacaqdır. Bu mərhələni uğurla başa vuranlar üçün 12-16 avqust 2013-cü il tarixlərində müsahibə təşkil olunacaqdır.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən məktəbə qəbul 6 yaşdan başlanır.

Eyni zamanda, dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqlar valideynlərin arzusu ilə Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada vaxtından əvvəl məktəbə qəbul oluna bilərlər. Bununla əlaqədar, Təhsil Nazirliyi tərəfindən yeni Qaydalar təsdiq edilmişdir. Bu qaydalara əsasən, vaxtından əvvəl I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil ediləcəkdir. İstedadlı uşaqların seçim hüququ yerli təhsil şöbələrinə verilmiş və bu məqsədlə yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən - ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlərdən ibarət komissiyaların yaradılması tapşırılmışdır. Komissiyaya yerli təhsil şöbələrinin müdirləri rəhbərlik edəcəklər. Ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar müəssisə rəhbərinin təqdimatı əsasında həmin müəssisənin I sinfinə müsahibəsiz qəbul olunacaqlar. Qaydalarda uşaqla tədris alacağı dildə 15-20 dəqiqə ərzində müsahibə aparılması,  zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün onlara 4 sual verilməsi, hər bir suala cavabın 5 ballıq şkala ilə qiymətləndirilməsi nəzərdə tutulur. Məktəbə qəbul olunmaq üçün uşaq ən azı 15 bal toplamalıdır. Valideynlərin arzusu ilə müsahibə zamanı videoçəkilişin aparılmasına da icazə verilir. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə ərizələr  hər il iyulun 20-dən avqustun 20-dək yerli təhsil şöbələrində qeydiyyata alınacaq və onların seçimi sentyabrın 10-dək təhsil şöbəsinin müəyyən etdiyi günlərdə həyata keçiriləcəkdir. Təhsil Nazirliyinin tabeliyindəki istedadlı şagirdlər üçün məktəb, gimnaziya və liseylərdə xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu həmin müəssisələr tərəfindən, Naxçıvan Muxtar Respublikasında isə Muxtar Respublikanın Təhsil Nazirliyi tərəfindən aparılacaqdır.   Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

İyulun 17-də təhsil naziri Mikayıl Cabbarov Gürcüstanın Azərbaycandakı səfiri cənab Teimuraz Şaraşenidzeni qəbul etmişdir.

Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri, o cümlədən Azərbaycanda tədris gürcü dilində aparılan məktəblərin və Gürcüstanda tədris Azərbaycan dilində aparılan məktəblərin fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilmişdir.

Oktyabrın 24-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib.

Kollegiya iclasında «Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model» mövzusunda məsələ müzakirə olunub. Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələrin və şöbələrin, bölgələrdəki ixtisasartırma təhsili verən müəssisələrin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları və KİV təmsilçiləri iştirak ediblər. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov kollegiya iclasında «Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model» mövzusunda məruzə-təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda fəaliyyət göstərən ixtisasartırma təhsili müəssisələri, bu sahədə görülən işlər, beynəlxalq təşkilatlarla həyata keçirilən birgə layihələrdən bəhs olunub, 2009-cu ilin may ayında ixtisasartırma təhsilinin vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eləcə də bu sahədəki mövcud problemlər və onların aradan qaldırılması üçün əhəmiyyətli olan dünya təcrübəsindən söz açılıb. Daha sonra Misir Mərdanov ixtisasartırma təhsili üzrə təklif olunan yeni modelin əsas xüsusiyyətləri, ixtisasartırma təhsili proqramlarının qurulduğu modullar, onların mahiyyəti, tətbiqi üçün hazırlanan sənədlər və bununla bağlı görülən işlər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, bu sənədlərdən biri-«Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrların ixtisasartırmasına dair Əsasnamə» layihəsi müvafiq müəssisə və təşkilatlara rəyə göndərilib və verilən rəylər nəzərə alınıb. Monitorda yeni modelin mövcud ixtisasartırma sistemi ilə müqayisəli təhlilinə aid slaydlar nümayiş etdirilib. Məruzə-təqdimatdan sonra müzakirə olunan məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilib və müvafiq problemlərin aradan qaldırılması məqsədilə təkliflər verilib.

İyulun 19-da təhsil naziri Mikayıl Cabbarov Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Yevlax, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Göyçay, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşları qəbul etmişdir.

Qeyd olunan rayonların təhsil şöbələri müdirlərinin,  nazirliyin digər tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlar, əsasən yaşadıqları rayonların  ümumtəhsil məktəblərində işlə təmin olunma, bir ali, orta ixtisas və ya ümumtəhsil məktəbindən digərinə köçürülmə,  məktəb binalarının təmiri, ali təhsil müəssisələrində təhsil haqqından azad olunma, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində təhsili yarımçıq qalmış şəxslərin təhsillərinin başa vurulması və digər məsələlərlə əlaqədar müraciətlər etmişlər. 96 vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapmışdır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilmişdir. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.

İyulun 20-də Təhsil Nazirliyində təhsil ekspertləri və nazirliyin məsul işçilərinin iştirakı ilə görüş keçirilmişdir.

Görüşdə ekspertlərin Azərbaycanda təhsil sisteminin problemlərinə dair fikirləri dinlənilmiş və mövcud problemlərin həlli yolları barədə qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Bu məzmunlu görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycanda tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrinə qəbulu sahəsində çalışan şirkətlərin sayı artır və bəzi vətəndaşlarımızın bu şirkətlərin fəaliyyəti ilə bağlı şikayətləri daxil olmaqdadır.

Bununla əlaqədar vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə və onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul prosedurlarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər. Hər hansı yerli şirkətlə əməkdaşlıq nəticəsində maddi və ya mənəvi ziyan çəkmiş vətəndaşlarımız isə birbaşa olaraq aidiyyəti orqanlarına müraciət edə bilərlər.

Gəncə, Naftalan şəhərlərində, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir və Tovuz rayonlarında yaşayan vətəndaşların nəzərinə!

29 iyul 2013-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Gəncə Dövlət Universitetinin əsas binasında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Gəncə, Naftalan şəhərlərində və Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya office@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı