SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyulun 1-də təhsil naziri Mikayıl Cabbarov məktəblilərin beynəlxalq fizika, kimya, biologiya və riyaziyyat olimpiadalarında Azərbaycan komandalarının iştirakı barədə müvafiq əmrlər imzalamışdır.
Əmrlərə əsasən, beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edəcək komandaların tərkibi müəyyənləşdirilmiş və onların iştirakının təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
44-cü Beynəlxalq Fizika Olimpiadası 7-15 iyul 2013-cü il tarixlərində Danimarkanın Kopenhagen şəhərində, 45-ci Beynəlxalq Kimya Olimpiadası 15-24 iyul 2013-cü il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində, 24-cü Beynəlxalq Biologiya Olimpiadası 14-21 iyul 2013-cü il tarixlərində İsveçrənin Bern şəhərində, Beynəlxalq Riyaziyyat Olimpiadası 18-28 iyul 2013-cü il tarixlərində Kolumbiyanın Santa Mariya şəhərində keçiriləcəkdir.
Beynəlxalq olimpiadalarda ölkəmizi Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki, Lənkəran, Ağdaş və Qubada fəaliyyət göstərən məktəblərdə təhsil alan 19 şagird təmsil edəcək.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl