SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 23-də Təhsil Nazirliyində Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) üzvləri ilə görüş keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, AMVMA-nın icraçı direktoru Təranə Şərifova, ümumi təhsil məktəblərinin rəhbərləri, Valideyn-Müəllim Assosiasiyalarının (VMA) sədrləri, müəllim və valideynlər iştirak ediblər.
Öncə görüş iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov görüşün əsas məqsədinin valideynlərin tədris prosesinə cəlb edilməsindən və məktəblərin idarə edilməsinə ictimai nəzarətin daha da gücləndirilməsi məsələlərinin müzakirəsindən ibarət olduğunu diqqətə çatdırıb. Nazir təhsilin inkişafı ilə əlaqədar mütəmadi müzakirələr aparıldığını və mövcud problemlərin həlli yollarının aradan qaldırılması üçün səylərin artırıldığını bildirib. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin fəaliyyəti haqqında danışan Misir Mərdanov bu xidmətin işinin daha da təkmilləşdirilməsinin nəzərdə tutulduğunu söyləyib.
Son illər məktəblərdə fəaliyyətə başlamış Valideyn-Müəllim Assosiasiyalarının fəaliyyətini yüksək qiymətləndirən təhsil naziri bununla yanaşı hələ də bir çox təhsil müəssisələrində müvafiq qurumların yaradılmadığını qeyd edib. Nazir yeni yaradılmış VMA-lara zəngin ənənələri və təcrübəsi olan VMA-ların iş prinsipindən yararlanmağı tövsiyə edib.
Təhsil işçilərinin cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirən Misir Mərdanov ictimaiyyətin təhsil müəssisələrinin fəaliyyəti haqqında daha dolğun məlumatlandırılması baxımından VMA-ların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Nazir, həmçinin təhsil ocaqlarında yaranan problemlərin aradan qaldırılması işində VMA-ların fəaliyyətinin daha səmərəli təşkil edilməsinin zəruriliyini nəzərə çatdırıb.
Tədbirdə ümumi təhsil məktəblərinin VMA üzvləri, məktəb rəhbərləri, müəllimlər, valideynlər çıxış edib və bir sıra təkliflər səsləndiriblər.
Daha sonra təhsilin müxtəlif sahələrini əhatə edən açıq müzakirələr aparılıb.
Sonda bir sıra təhsil işçiləri «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif olunub, ümumi təhsil məktəblərinin fəal VMA üzvlərinə sertifikatlar təqdim edilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl