• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fevralın 25-də təhsil naziri Misir Mərdanov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən və birgə əməkdaşlıq çərçivəsində təhsil sahəsi üzrə həyata keçirilən layihələrdən söz açıb. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üzrə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin gördüyü işlərin əhəmiyyətinə toxunan Misir Mərdanov mövcud əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Suk səmimi qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. KOICA-nın reallaşdırdığı layihələrin nəticələrindən bəhs edən qonaq təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni layihələrin reallaşdırılmasının önəmli olduğunu vurğulayıb. Kim Eun-Suk bu baxımdan “Müəllimlərin distant əlavə təhsili” və “Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi” layihələrinin əhəmiyyətinə diqqət çəkib, müvafiq istiqamətdə qarşılıqlı müzakirələrin aparılmasının zəruriliyini nəzərə çatdırıb.
Misir Mərdanov “Müəllimlərin distant əlavə təhsili” və “Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi” layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsində Təhsil Nazirliyinin maraqlı olduğunu bildirib. Müasir müəllimdən yüksək hazırlıq və mütərəqqi yeniliklər barədə məlumatlı olmağın tələb edildiyini bildirən nazir bu baxımdan müəllimlərin distant əlavə təhsilinin tətbiqi məsələsinin əhəmiyyətli nəticələr verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Görüşdə daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


10 il əvvəl