SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 19-da Təhsil Nazirliyində “Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin 2008-2009 tədris ilində 1-ci siniflərdə yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı apardığı sosioloji sorğunun nəticələrinə dair təqdimat mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, tanınmış alimlər, dərslikləri çap edən nəşriyyatların, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, ayrı - ayrı fənlər üzrə elmi-metodik şuraların üzvləri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və valideynlər iştirak ediblər .
Qeyd edək ki, sorğunun təşkilində əsas məqsəd 2008-2009-cu tədris ilində 1-ci siniflərdə istifadə edilmiş kurikulumların və dərsliklərin keyfiyyətində müsbət və ya mənfi cəhətlərin aşkar edilməsi, eyni zamanda bu sahədə tətbiq edilmiş yeni dərslik siyasətinin səmərəliliyinin qiymətləndirilməsi və gələcəkdə reallaşdırılması üçün optimal mexanizmin işlənərək sınaqdan keçirilməsidir.
Ölkəmizdə dərslik siyasətinin daim prioritet sahələrdən biri olduğunu bildirən təhsil naziri Misir Mərdanov Milli Kurikuluma əsasən hazırlanaraq ötən dərs ilində 1-ci siniflərdə tətbiq olunan dərsliklərdən bəhs edib. Nazir əlavə edib ki, bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atılıb, axtarışlar və müzakirələr aparılıb, dünya təcrübəsi yaxından öyrənilib. Ötən müddət ərzində bu məsələnin geniş ictimaiyyətin müzakirə obyektinə çevrildiyini və daim diqqət mərkəzində olduğunu qeyd edən Misir Mərdanov bir sıra irad və təkliflərə münasibətini bildirib və dərsliklərin hazırlanması ilə bağlı fikirlərini diqqətə çatdırıb.
Sonra “Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin sorğu ilə bağlı elmi rəhbəri Şahin Zülfüqarov və Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadənin təqdimatları olub.
Tədbirdə iştirakçıların təqdimatla bağlı sualları cavablandırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl