SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avqustun 24-də təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşüb.
Qonağı səmimi salamlayan təhsil naziri Misir Mərdanov son illər Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini nəzərə çatdırıb. Azərbaycanda həyata keçirilən təhsil layihələrində Cənubi Koreya ilə əməkdaşlığın əhəmiyyətinə toxunan nazir nəzərdə tutulan bütün layihələrin uğurla nəticələnəcəyinə inamını ifadə edib. Ölkələrimizin yaxın tərəfdaş və dost olduğunu bildirən Misir Mərdanov qeyd edib ki, hazırda 76 azərbaycanlı gənc Cənubi Koreya universitetlərində təhsil alır. Nazir Azərbaycanda Cənubi Koreyaya böyük hörmət və ehtiram bəsləndiyini söyləyərək qarşılıqlı münasibətlərimizin inkişafında səfir Li Ci Hanın səmərəli fəaliyyətinin mühüm rol oynadığını vurğulayıb. Səfir Li Ci Ha səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Azərbaycanda səfir kimi çalışmasından məmnunluğunu ifadə edən qonaq ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından, qarşılıqlı əməkdaşlıqda təhsil layihələrinin mühüm əhəmiyyətindən söhbət açıb. Daha sonra Li Ci Ha Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində universitetlərarası əlaqələrin, tələbə mübadiləsinin və digər layihələrin mühüm roluna diqqət çəkib. Misir Mərdanov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb, onun hər zaman Azərbaycanın dostu kimi tanınacağına əminliyini bildirib və ölkələrimiz arasındakı münasibətlərin bundan sonra daha da yaxşılaşacağına inamını ifadə edib.
08/07/2015 16:52
21-24 avqust tarixlərində ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş Azərbaycan dili və ədəbiyyat imtahanının nəticələri məlum olub.
İmtahanın nəticələrinə görə, 318 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi işə qəbul edilib. Onu da qeyd edək ki, avqustun 24-də boş qalan və imtina olunan yerlərə əlavə yerləşdirmənin nəticələrinə görə, 199 nəfər müəllim işə qəbul olunub.
08/07/2015 16:52
Avqustun 31-də Təhsil Nazirliyində 2011-2012-ci dərs ilinin əsas göstəriciləri və 2012-2013-cü dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ötən dərs ilində təhsil sahəsində görülmüş işlərdən söz açıb, növbəti tədris ilinin də uğurlu olacağına inamını ifadə edib. Nazir yeni dərs ilində ölkə üzrə 4523 ümumi təhsil müəssisəsində 1304687 nəfər şagirdin təlim-tərbiyəsi ilə 150998 müəllimin məşğul olacağını nəzərə çatdırıb və 130454 şagirdin I sinfə qəbul olunacağının proqnozlaşdırıldığını bildirib. Azərbaycanda məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan addımlara diqqət çəkən Misir Mərdanov 50000 yerlik 167 yeni təhsil müəssisəsinin yeni dərs ilindən istifadəyə veriləcəyini qeyd edib. Təhsil naziri 21 məktəb üçün 5104 şagird yerlik əlavə korpusların inşa olunduğunu, 103 məktəbin isə əsaslı təmir edildiyini nəzərə çatdırıb. Respublikamızda təhsilin inkişafı üçün hərtərəfli şərait yaradıldığını vurğulayan nazir dövlət büdcəsindən təhsil sisteminə ayrılan vəsaitlərin ilbəil artmasını ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə olan daimi qayğısı kimi səciyyələndirərək fikrini konkret rəqəmlərlə əsaslandırıb. Misir Mərdanov dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq yaxın gələcəkdə bütün ümumi təhsil müəssisələrinin təmir olunması, yeni avadanlıqlarla təmin edilməsi və mövcud tələbata uyğunlaşdırılması məsələlərinin həllini tapacağını bildirib. 2012-2013-cü dərs ilinə ümumi təhsil məktəbləri üçün 194 adda 4018990 nüsxə dərslik və metodik vəsaitin çap edilərək məktəblərə çatdırıldığını söyləyən nazir 500 məktəbdə kitabxanaların modernləşdirilməsi işinin davam etdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Təhsil naziri müəllimlərin işə qəbulu mexanizminin beynəlxalq təcrübə nəzərə alınmaqla daha da təkmilləşdirildiyini, bu il 16 mindən çox elektron ərizənin qeydə alındığını və müsabiqənin yekunlarına əsasən 2500-dən çox müəllimin ölkənin ümumi təhsil məktəblərindəki vakant yerlərə işə qəbul edildiyini nəzərə çatdırıb, bütün bu məsələlərlə əlaqədar qarşıda duran vəzifələrdən söhbət açıb. Təhsilin məzmunu, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi, De-institutlaşdırma, təhsildə İKT-nin tətbiqi, məktəbdənkənar təhsil, əlavə təhsil, xaricdə təhsil, təhsil sənədlərinin tanınması sahəsində görülmüş işlərdən bəhs edən nazir qarşıda duran vəzifələrə dair fikirlərini bildirib. Misir Mərdanov, həmçinin təhsil işçilərinin ənənəvi sentyabr konfranslarına hazırlıqla bağlı məsələlərə toxunub, müvafiq tövsiyə və tapşırıqlarını verib.
08/07/2015 16:52
2012-2013-cü tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 130454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
2011-2012-ci dərs ilində I sinif şagirdlərinin sayı 125408 nəfər olub. Bu göstərici, 2010-2011-ci tədris ilində isə 120032 nəfər təşkil edib. Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu göstərici 35509 nəfər olub. Məlumat üçün bildiririk ki, təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumi təhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda oktyabrın sonunadək 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabrda 6 yaşı tamam olacaq xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.
08/07/2015 16:52
Ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş tarix imtahanının nəticələri məlum olub.
İmtahanın və müsahibənin nəticələrinə görə, 173 nəfər tarix müəllimi işə qəbul edilib. Onu da qeyd edək ki, boş qalan və imtina olunan yerlərə əlavə yerləşdirmənin nəticələrinə görə, müxtəlif fənlər üzrə daha 94 nəfər müəllim işə qəbul olunub.
08/07/2015 16:52
Respublika üzrə ümumilikdə 50000 şagird yerlik 167 yeni orta məktəb tikilib və 2012-2013-cü dərs ilindən şagirdlərin istifadəsinə veriləcək.
Bunlarla yanaşı, 103 məktəb əsaslı təmir edilib, 21 məktəb üçün 5104 şagird yerlik əlavə korpuslar inşa olunub. Onu da qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 16640 şagird yerlik 45 yeni orta məktəb tikilib. Həmçinin, 3 təhsil müəssisəsi üçün 960 şagird yerlik əlavə korpuslar inşa edilib və 15 məktəbdə əsaslı təmir işləri aparılıb.
08/07/2015 16:52
2011-2012-ci dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 118 şagird qızıl, 20 şagird gümüş medalla təltif olunub.
Onu da qeyd edək ki, ilk dəfə ötən tədris ilində təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış tam orta təhsil üzrə 53 məzun qızıl və gümüş medala (37 şagird qızıl, 16 şagird gümüş medala) layiq görülüb. Məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib.
08/07/2015 16:52
Sentyabrın 5-də Qusar rayonunda təhsil naziri Misir Mərdanovun iştirakı ilə rayon təhsil işçilərinin 2012-2013-cü tədris ilinə həsr olunmuş ənənəvi sentyabr konfransı keçirilib.
Konfransda Milli Məclisin deputatı Azər Badamov, ümumi təhsil, məktəbəqədər, məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev konfrans iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyət illərini təhsilin intibah dövrü kimi səciyyələndirən E.Mustafayev son illər ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində aparılan köklü islahatlardan söhbət açıb. Qusar rayon təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev “2011-2012-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Ötən dərs ilində əldə olunan nailiyyətləri sadalayan N.Fərzəliyev qarşıda duran vəzifələr barədə fikirlərini bildirib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. Təhsil naziri ulu öndər Heydər Əliyevin müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşdığını, hər zaman təhsilə önəm verdiyini söyləyib. Nazir ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan elminin, təhsilinin inkişafına, eyni zamanda təhsil işçilərinə göstərilən diqqət və qayğıdan, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb. Misir Mərdanov bildirib ki, son illər respublikanın hər yerində olduğu kimi Qusar rayonunda da yeni məktəb binaları tikilib istifadəyə verilib. Regionda təhsilin inkişafına yetirilən diqqəti yüksək qiymətləndirən nazir uğurlarla yanaşı, hələ də bir çox problemlərin mövcud olduğunu nəzərə çatdırıb. Rasionallaşma, kurikulum islahatları, şagird-müəllim nisbəti, valideynlərin məktəblərin fəaliyyətində yaxından iştirakının təmin olunması haqqında danışan Misir Mərdanov bu kimi məsələlərin həllində təhsil müəssisələrinin rəhbərləri və müəllimlərin də üzərinə ciddi vəzifələr düşdüyünü qeyd edib. Tədbirdə 2011-2012-ci tədris ilində orta məktəbi bitirmiş və yüksək balla ali məktəblərə daxil olmuş qusarlı məzunlara hədiyyələr verilib.
08/07/2015 16:52
2011-2012-ci tədris ilində elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi və İKT infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində “Elektron məktəb” layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatdırılıb.
“Bir şagird - bir kompüter” layihəsi çərçivəsində 2000 nəfər şagirdə netbuk verilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Distant Təhsil Mərkəzi yaradılıb və müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az təhsil portalı istifadəyə verilib. Daha 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) qoşulub. Bununla da Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) qoşulmuş məktəblərin sayı 1200-ə çatdırılıb. 1300 nəfər pedaqoji işçi İKT-nin tədrisdə tətbiqi sahəsində təlimlərdən keçirilib. Bununla da “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təlimlərdən keçən pedaqoji işçilərin ümumi sayı 76980 nəfərə (52 faiz) çatdırılıb.
08/07/2015 16:52
Sentyabrın 6-da təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Anadolu Universitetinin rektoru Davut Aydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan nazir Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin inkişafından söhbət açıb. Nazir Anadolu Universitetinin böyük və nüfuzlu ali təhsil müəssisəsi kimi tanındığını nəzərə çatdırıb. Anadolu Universitetində azərbaycanlı pedaqoqların çalışdığını qeyd edən Misir Mərdanov, həmçinin bu ali məktəbdə azərbaycanlı gənclərin təhsil aldığını söyləyib. Anadolu Universitetinin rektoru Davut Aydın görüşdən məmnunluğunu ifadə edib, ikitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. Qonaq rəhbəri olduğu təhsil ocağı haqqında ətraflı məlumat verərək Anadolu Universitetinin geniş distant təhsil şəbəkəsinə malik olduğunu önə çəkib. Anadolu Universitetində tələbə sayının 2 milyon nəfərə yüksəldiyini vurğulayan D.Aydın bu göstəriciyə görə, dünyanın üçüncü ali məktəbi statusu qazandıqlarını nəzərə çatdırıb. Azərbaycanda bir sıra ali məktəb rəhbərləri ilə keçirdiyi görüşlərə toxunan rektor qarşılıqlı əməkdaşlığın inkişafına olan marağı yüksək dəyərləndirib. Görüşdə universitetlərarası əməkdaşlığın yaradılması, distant təhsil təcrübəsi və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç görüşdə iştirak edib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı