SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
2011-2012-ci tədris ilində elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi və İKT infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində “Elektron məktəb” layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatdırılıb.
“Bir şagird - bir kompüter” layihəsi çərçivəsində 2000 nəfər şagirdə netbuk verilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Distant Təhsil Mərkəzi yaradılıb və müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az təhsil portalı istifadəyə verilib. Daha 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) qoşulub. Bununla da Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) qoşulmuş məktəblərin sayı 1200-ə çatdırılıb.
1300 nəfər pedaqoji işçi İKT-nin tədrisdə tətbiqi sahəsində təlimlərdən keçirilib. Bununla da “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təlimlərdən keçən pedaqoji işçilərin ümumi sayı 76980 nəfərə (52 faiz) çatdırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl