• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Avqustun 24-də təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşüb.

Qonağı səmimi salamlayan təhsil naziri Misir Mərdanov son illər Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini nəzərə çatdırıb. Azərbaycanda həyata keçirilən təhsil layihələrində Cənubi Koreya ilə əməkdaşlığın əhəmiyyətinə toxunan nazir nəzərdə tutulan bütün layihələrin uğurla nəticələnəcəyinə inamını ifadə edib.
Ölkələrimizin yaxın tərəfdaş və dost olduğunu bildirən Misir Mərdanov qeyd edib ki, hazırda 76 azərbaycanlı gənc Cənubi Koreya universitetlərində təhsil alır. Nazir Azərbaycanda Cənubi Koreyaya böyük hörmət və ehtiram bəsləndiyini söyləyərək qarşılıqlı münasibətlərimizin inkişafında səfir Li Ci Hanın səmərəli fəaliyyətinin mühüm rol oynadığını vurğulayıb.
Səfir Li Ci Ha səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Azərbaycanda səfir kimi çalışmasından məmnunluğunu ifadə edən qonaq ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından, qarşılıqlı əməkdaşlıqda təhsil layihələrinin mühüm əhəmiyyətindən söhbət açıb. Daha sonra Li Ci Ha Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində universitetlərarası əlaqələrin, tələbə mübadiləsinin və digər layihələrin mühüm roluna diqqət çəkib.
Misir Mərdanov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb, onun hər zaman Azərbaycanın dostu kimi tanınacağına əminliyini bildirib və ölkələrimiz arasındakı münasibətlərin bundan sonra daha da yaxşılaşacağına inamını ifadə edib.


10 il əvvəl