• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 5-də Qusar rayonunda təhsil naziri Misir Mərdanovun iştirakı ilə rayon təhsil işçilərinin 2012-2013-cü tədris ilinə həsr olunmuş ənənəvi sentyabr konfransı keçirilib.

Konfransda Milli Məclisin deputatı Azər Badamov, ümumi təhsil, məktəbəqədər, məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev konfrans iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyət illərini təhsilin intibah dövrü kimi səciyyələndirən E.Mustafayev son illər ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində aparılan köklü islahatlardan söhbət açıb.
Qusar rayon təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev “2011-2012-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Ötən dərs ilində əldə olunan nailiyyətləri sadalayan N.Fərzəliyev qarşıda duran vəzifələr barədə fikirlərini bildirib.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. Təhsil naziri ulu öndər Heydər Əliyevin müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşdığını, hər zaman təhsilə önəm verdiyini söyləyib. Nazir ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan elminin, təhsilinin inkişafına, eyni zamanda təhsil işçilərinə göstərilən diqqət və qayğıdan, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.
Misir Mərdanov bildirib ki, son illər respublikanın hər yerində olduğu kimi Qusar rayonunda da yeni məktəb binaları tikilib istifadəyə verilib. Regionda təhsilin inkişafına yetirilən diqqəti yüksək qiymətləndirən nazir uğurlarla yanaşı, hələ də bir çox problemlərin mövcud olduğunu nəzərə çatdırıb.
Rasionallaşma, kurikulum islahatları, şagird-müəllim nisbəti, valideynlərin məktəblərin fəaliyyətində yaxından iştirakının təmin olunması haqqında danışan Misir Mərdanov bu kimi məsələlərin həllində təhsil müəssisələrinin rəhbərləri və müəllimlərin də üzərinə ciddi vəzifələr düşdüyünü qeyd edib.
Tədbirdə 2011-2012-ci tədris ilində orta məktəbi bitirmiş və yüksək balla ali məktəblərə daxil olmuş qusarlı məzunlara hədiyyələr verilib.


10 il əvvəl