• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Təhsil" üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib

Mayın 19-da “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq "Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" üzrə Milli Prioritetin həyata keçirilməsi məqsədilə yaradılmış "Təhsil" üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib.   Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclas çərçivəsində "Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" üzrə Milli Prioritetin "Təhsil" üzrə alt İşçi Qrupunun təqdimatı nümayiş olunub. Bildirilib ki, son illərdə həyata keçirilmiş islahatlar nəticəsində təhsil sistemində ciddi dəyişikliyə nail olunub və  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsasında təhsildə bir çox islahatlar aparılıb. Belə ki, məktəbəqədər təhsilin (5 yaşlılar) əhatə dairəsi 2015-2016-cı illərdəki 24 faizdən artaraq 80 faizə çatıb. Azərbaycan bütün beynəlxalq qiymətləndirmələr üzrə öz göstəricilərini yaxşılaşdırıb. Ən böyük irəliləyiş 2011-ci ildən etibarən 52 bal irəliləyərək 2019-cu ildə 515 xala çatdığımız TIMSS riyaziyyat nəticələrində (4-cü siniflər) qeydə alınıb. Bundan başqa, buraxılış imtahanı (9-cu sinif) nəticələri yaxşılaşan məktəblərin sayı son iki ildə 4 dəfə artıb. 150 min müəllimin diaqnostik qiymətləndirmə əsasında aylıq əməkhaqqı 2 dəfə artırılıb. Ali məktəbə qəbul olunmuş (bakalavr və magistr) tələbələrin sayı 2020-2021-ci illərdə 52 minə çatdırılıb. 2017-2018-ci ildə bu rəqəm 37 min təşkil edib.   İclasda sözügedən prioritetin hədəflərinə nail olmaq üçün təhsil pillələri üzrə XXI əsrin tələblərinə uyğun təhsil məqsədlərinin reallaşdırılmasına dair fəaliyyətlər haqqında məsləhətləşmələr və müzakirələr aparılıb.   Qeyd edilib ki, növbəti illərdə təhsil sahəsində islahatların aparılması üçün məqsəd və alt məqsədlər müəyyənləşdirilib. XXI əsrin tələblərinə uyğun təhsil məqsədinə çatmaq üçün bir çox sahələrdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qarşıda duran məqsədlər sırasında erkən yaş dövründə inkişafın təmin edilməsi və səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, peşə təhsilinin dördüncü sənaye inqilabının və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, keyfiyyətinin və əhatə dairəsinin artırılması, ali təhsilin əlçatanlığının, keyfiyyətinin və beynəlxalq rəqabətliliyinin təmin edilməsi, elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin inteqrasiyasının təmin edilməsi, eləcə də səriştələrin davamlı inkişafına əsaslanan “ömürboyu təhsil” sisteminin formalaşdırılması və erkən yaşlardan rəqəmsal səriştələrin artırılması, İKT-nin təhsildə tətbiqi və distant təhsil imkanlarının genişləndirilməsi yer alır.

PIRLS 2021 tədqiqatı mərhələli şəkildə davam etdirilir

Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsinin mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq mərhələli şəkildə təşkili planlaşdırılıb.   Ölkə üzrə 52 bölgədən 200 məktəbdə keçirilməsi nəzərdə tutulan qiymətləndirmə tədqiqatı ilk növbədə 49 bölgə üzrə 115 məktəbdə həyata keçirilib. 17 may 2021-ci il tarixindən etibarən isə  Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrində tədrisin qismən əyani formada təşkil olunması səbəbindən müvafiq bölgələrdə qiymətləndirmə tədqiqatı 20 may-11 iyun tarixlərində baş tutacaq. Bu mərhələdə 95 məktəb üzrə 134 sinif və təxminən 3600 şagirdin iştirakı nəzərdə tutulub. İştirakçı siniflərdən 94-ü Azərbaycan, 40-ı isə rus bölməsidir.   Qeyd edək ki, PIRLS (Progress in International Reading Literacy Study) - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat IV sinif şagirdlərinin oxuyub anlama bacarığını qiymətləndirmək məqsədilə Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən hər 5 ildən bir təşkil olunur.

Lütfi Zadə adına məntiq olimpiadasının final tarixi

26 may 2021-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçiriləcək. Olimpiadanın final mərhələsi mövcud pandemiya qaydalarına uyğun olaraq ölkə üzrə 27 mərkəzdə təşkil olunacaq.   Bu mərhələdə 2954 şagird iştirak hüququ qazanıb.   Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.

"Qalib müəllim" müsabiqəsinin vaxtı uzadılıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qalib müəllim” videohekayə müsabiqəsinə müraciətlərin qəbul vaxtı uzadılıb. Müsabiqədə iştirak etmək istəyənlər hazırlanmış video materialları 25 may 2021-ci il tarixinədək press@edu.gov.az  elektron ünvanına  göndərməlidirlər.       Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir: - “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk; - “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi; Müsabiqə üzrə tələblər aşağıdakılardır: - Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər; - Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır; - İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 25 may 2021-ci il tarixinədək  press@edu.gov.az  elektron ünvanına  göndərməlidir; - Hər iştirakçı bir videohekayə göndərə bilər; - Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.   Sonda qaliblər Təhsil Nazirliyinin sertifikatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.  

e-telebe ilə bağlı müraciətlərin cavablandırılması üçün yeni xidmətlər

Mayın 19-dan https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial həssas qrupa aid tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbuluna start verilib. Təhsil Nazirliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir: - Çağrı Mərkəzinin  “146-5” nömrəsi  ( həftəiçi 5 gün aktiv fəaliyyət göstərəcək);     - e-telebe.edu.az elektron portalının daxilində yazışma (dəstək) bölməsi; - "Whatsapp” nömrə: (+994) 51 206 78 48.   

Tələbələrin və təhsil müəssisələrinin nəzərinə

Mayın 19-dan  https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbuluna start verilib. http://e-telebe.edu.az elektron portalı vasitəsi ilə müraciətlərin qəbulu iyun ayının 7-dək aktiv olacaq.    2020-2021-ci tədris ilinin payız (yarımili) semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili)  üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək.   Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər   Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yerli təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub.  

Fənn olimpiadalarının final mərhələsi keçiriləcək

2020-2021-ci tədris ili üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu 31 may, 1 iyun və 4 iyun 2021-ci il tarixlərində keçiriləcək.   Respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, ümumilikdə 589 şagird final turda iştirak edəcək.   Belə ki, mayın 31-də Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri, iyunun 1-də riyaziyyat və fizika fənləri, iyunun 4-də isə kimya, biologiya və informatika fənləri üzrə olimpiadanın keçirilməsi nəzərdə tutulub.   Final turda iştirak edəcək şagirdlər 20-25 may tarixlərində www.portal.edu.az  saytında qeydiyyatdan keçməli və müvafiq buraxılış vərəqəsini əldə etməlidirlər.   Qeyd edək ki, respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə həyata keçirilir.

“Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqrama start verilib

Cari ilin 18-26 may tarixlərini əhatə edən “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqrama start verilib. Proqram Təhsil, Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilir.   Beynəlxalq proqramın məqsədi məktəbliləri Nizami irsi ilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.   “Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqramın açılış mərasimində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədr müavini Rəfi Qurbanov, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Sevinc Ələkbərova çıxış ediblər.   Mayın 18-də beynəlxalq proqram çərçivəsində Gəncə şəhərində  Nizami Gəncəvi adına muzeydən gənc bələdçi Xədicə Qasımova tərəfindən virtual ekskursiya təqdim edilib.   Proqram çərçivəsində mayın 18-dən başlayaraq 26-dək hər gün Mədəniyyət Nazirliyinin tabeliyindəki Gəncə şəhər Nizami Gəncəvi adına muzeyə, Azərbaycan Xalça Muzeyinə, Milli İncəsənət Muzeyinə, Azərbaycan  Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə, AMEA-nın tabeliyində olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyati Muzeyinə, Milli Azərbaycan Tarixi Muzeyinə, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna, xarici ölkələrin muzeylərindən isə ABŞ konqres kitabxanasına və Moskva Şərq Dövlət Muzeyinə virtual ekskursiyalar təşkil ediləcək.   “Muzey həftəsi” COVID-19 pandemiyası ilə əlaqədar olaraq “Zoom” platforması üzərindən onlayn həyata keçiriləcək.   Layihə çərçivəsində RUGİM-in ən fəal dərnək üzvü olan məktəblilər muzeylərdə Nizami irsinə aid olan eksponatlar haqqında topladıqları məlumatları onlayn bağlantı zamanı virtual ekskursiya kimi nümayiş etdirəcəklər.   Qeyd edək ki, 18 may tarixi dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunur. Bununla əlaqədar olaraq, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə keçirilən "Məktəblilər üçün muzey həftəsi" layihəsinə start verilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Proqram çərçivəsində hər il  mayın 18-dən 26-dək bir həftə ərzində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeyləri əhatə etməklə "Muzey həftəsi" keçirilir. Beş il ərzində maarifləndirici “Muzeylər həftəsi” proqramı çərçivəsində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylərə 75000-ə yaxın şagirdin ekskursiyası təşkil edilib, onlayn platformada keçirilən proqramı  8000-ə yaxın məktəbli izləyib.

Nazir müavini UNESCO Davamlı İnkişaf üçün Ümumdünya Təhsil Konfransında çıxış edib

Mayın 18-də təhsil nazirinin müavini Muxtar Məmmədov UNESCO tərəfindən təşkil olunmuş UNESCO Davamlı İnkişaf üçün Ümumdünya Təhsil Konfransında iştirak edib. Dayanıqlı İnkişaf naminə təhsil mövzusuna həsr olunan virtual tədbirdə UNESCO-nun Baş direktoru Odri Azulay, BMT Baş katibinin müavini Amina Mohammed, bir sıra ölkələrin təhsil üzrə rəhbər şəxsləri iştirak edib. Tədbir zamanı Muxtar Məmmədov Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində təhsil sahəsində görülən işlər, əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Nazir müavini həmçinin, ötən il Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində həlak olmuş və yaralanmış şagird və müəllimlər, habelə zərər dəymiş təhsil müəssisələri barədə danışıb. Muxtar Məmmədov təhsil müəssisələrinin bərpa olunması istiqamətində zəruri addımların atıldığını və münaqişənin fəsadlarının aradan qaldırılması ilə bağlı təhsilalanlara və təhsilverənlərə sosial-psixoloji dəstəyin göstərildiyini bildirib.

“edX”-in yaradıcısı “Yeni çağırışlar”da

20 may saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı “edX” öyrənmə platformasının yaradıcısı və CEO-su, Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Anant Aqarval olacaq. Professor Anant Aqarval ilə təhsildə liderlik və distant təhsil barədə danışılacaq.   Anant Aqarval təhsilin inkişafına verdiyi töhfələrə görə “Mauirice Wilkes”, “Smullin və Jamieson”, “Harold W. McGraw Ali Təhsil Mükafatı”, “Yidan”, Hindistan Prezidentinin “Padma Shri” mükafatı olmaq üzrə bir sıra qlobal mükafatlara layiq görülüb. Onun yaradıcısı olduğu, Harvard və MIT tərəfindən qurulan “edX” öyrənmə platformasına bu günədək 160-dan çox ölkədən 35 milyon istifadəçi qoşulub və dünyanın tanınmış 160 universiteti tərəfindən kurslar təqdim edilib.   Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı