SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“edX”-in yaradıcısı “Yeni çağırışlar”da
20 may saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı “edX” öyrənmə platformasının yaradıcısı və CEO-su, Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Anant Aqarval olacaq. Professor Anant Aqarval ilə təhsildə liderlik və distant təhsil barədə danışılacaq.
Anant Aqarval təhsilin inkişafına verdiyi töhfələrə görə “Mauirice Wilkes”, “Smullin və Jamieson”, “Harold W. McGraw Ali Təhsil Mükafatı”, “Yidan”, Hindistan Prezidentinin “Padma Shri” mükafatı olmaq üzrə bir sıra qlobal mükafatlara layiq görülüb. Onun yaradıcısı olduğu, Harvard və MIT tərəfindən qurulan “edX” öyrənmə platformasına bu günədək 160-dan çox ölkədən 35 milyon istifadəçi qoşulub və dünyanın tanınmış 160 universiteti tərəfindən kurslar təqdim edilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl