• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqrama start verilib

Cari ilin 18-26 may tarixlərini əhatə edən “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqrama start verilib. Proqram Təhsil, Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilir.

 

Beynəlxalq proqramın məqsədi məktəbliləri Nizami irsi ilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

 

“Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqramın açılış mərasimində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədr müavini Rəfi Qurbanov, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Sevinc Ələkbərova çıxış ediblər.

 

Mayın 18-də beynəlxalq proqram çərçivəsində Gəncə şəhərində  Nizami Gəncəvi adına muzeydən gənc bələdçi Xədicə Qasımova tərəfindən virtual ekskursiya təqdim edilib.

 

Proqram çərçivəsində mayın 18-dən başlayaraq 26-dək hər gün Mədəniyyət Nazirliyinin tabeliyindəki Gəncə şəhər Nizami Gəncəvi adına muzeyə, Azərbaycan Xalça Muzeyinə, Milli İncəsənət Muzeyinə, Azərbaycan  Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə, AMEA-nın tabeliyində olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyati Muzeyinə, Milli Azərbaycan Tarixi Muzeyinə, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna, xarici ölkələrin muzeylərindən isə ABŞ konqres kitabxanasına və Moskva Şərq Dövlət Muzeyinə virtual ekskursiyalar təşkil ediləcək.

 

“Muzey həftəsi” COVID-19 pandemiyası ilə əlaqədar olaraq “Zoom” platforması üzərindən onlayn həyata keçiriləcək.

 

Layihə çərçivəsində RUGİM-in ən fəal dərnək üzvü olan məktəblilər muzeylərdə Nizami irsinə aid olan eksponatlar haqqında topladıqları məlumatları onlayn bağlantı zamanı virtual ekskursiya kimi nümayiş etdirəcəklər.

 

Qeyd edək ki, 18 may tarixi dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunur. Bununla əlaqədar olaraq, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə keçirilən "Məktəblilər üçün muzey həftəsi" layihəsinə start verilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Proqram çərçivəsində hər il  mayın 18-dən 26-dək bir həftə ərzində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeyləri əhatə etməklə "Muzey həftəsi" keçirilir. Beş il ərzində maarifləndirici “Muzeylər həftəsi” proqramı çərçivəsində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylərə 75000-ə yaxın şagirdin ekskursiyası təşkil edilib, onlayn platformada keçirilən proqramı  8000-ə yaxın məktəbli izləyib.


3 il əvvəl