• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Qalib müəllim" müsabiqəsinin vaxtı uzadılıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qalib müəllim” videohekayə müsabiqəsinə müraciətlərin qəbul vaxtı uzadılıb. Müsabiqədə iştirak etmək istəyənlər hazırlanmış video materialları 25 may 2021-ci il tarixinədək press@edu.gov.az  elektron ünvanına  göndərməlidirlər.    

 

Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir:
- “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;
“Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;

Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər;
- Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır;
- İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 25 may 2021-ci il tarixinədək  press@edu.gov.az  elektron ünvanına  göndərməlidir;
- Hər iştirakçı bir videohekayə göndərə bilər;
- Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.

 

Sonda qaliblər Təhsil Nazirliyinin sertifikatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.  


3 il əvvəl