• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Video dərslər portalının imkanları genişləndirilir

2011-ci ildən fəaliyyət göstərən və təhsilalanlar üçün əlavə tədris materialları təqdim edən video dərslər portalının (www.video.edu.az) imkanları gündən-günə təkmilləşdirilir. Portalın məqsədi interaktiv texnologiyalar tətbiq etməklə istənilən vaxt və məkanda təhsilin əlçatanlığını təmin etməkdir.    Hazırda portalda məktəbəhazırlıq, ümumi təhsil, peşə təhsili, məktəbdənkənar fəaliyyət üzrə teledərslər, peşəkar müəllimlərin video dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə video dərslər, “Khan Academy” dərsləri olmaqla, ümumilikdə 6367 ədəd video material mövcuddur. Cari tədris ili üzrə 2200 ədəd “Khan Academy” dərslərinin Azərbaycan dilinə tərcümə edilərək portala yerləşdirilməsi və müxtəlif mövzuları əhatə edən 261 ədəd peşəkar video dərs izahlarının hazırlanması istiqamətində işlər aparılır.   Teledərslər video dərslər portalında Təhsil Nazirliyinin təşkilatçılığı ilə həftə içi televiziya kanallarında yayımlanan teledərslər gündəlik olaraq video portala yerləşdirilir və təhsilalanlar portal vasitəsi ilə bu dərsləri istənilən vaxt təkrar izləmək imkanından faydalana bilirlər.    Zənginləşdirilmiş məzmun Portalda video dərs materialları yerli və xarici peşəkar müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır. Təhsilalanların daha effektiv istifadəsi üçün video dərslər qiymətləndirmə materialları, qrafika, 3D animasiyalar və digər multimedia vasitələri ilə zənginləşdirilir. Nəticədə, istifadəçilər video dərs zamanı təqdim edilən vizual materiallar ilə mövzunu daha yaxşı mənimsəyir və dərsi bitirdikdən sonra təqdim edilən test tapşırıqları ilə biliklərini yoxlaya bilirlər.     Fərdiləşdirilmiş öyrənmə Portal dərs zamanı müəyyən mövzunun izahında iştirak edə bilməyən və yaxud mövzunu daha yaxşı mənimsəmək istəyən şagirdlər üçün bütün fənn və siniflər üzrə geniş məzmun bazası rolunu oynayır. Belə ki, şagirdlər öz sürətlərinə uyğun video dərsləri izləyə, məşq edə, mövzulardakı boşluqlarını doldura və öyrənmə müddətlərini özləri təyin edə bilirlər.    Peşə təhsili üzrə videodərslər  Peşə təhsili üzrə 39 ixtisas və 7 baza modulu üzrə 296 videodərs hazırlanaraq portala yerləşdirilib ki, bu da öz növbəsində  tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənmişdir.  Bu dərslərdən peşə təhsili müəssisələrində təhsil alan tələbələr, tədris aparan müəllimlər, həmçinin, təqdim edilən ixtisaslar üzrə bacarıq və vərdişlərini artırmaq istəyən istənilən şəxs faydalana bilər.    Dərsdənkənar inkişafetdirici videodərslər Portalda dərs mövzuları ilə yanaşı, təhsilalanların maraq dairələrinə uyğun rəqs, rəsm, yaradıcılıq, robot texnologiyaları kimi müxtəlif sahələr üzrə video materiallar təqdim edilir. Eyni zamanda, portalda ayrıca bölmə olaraq, STEAM üzrə videodərslər yerləşdirilib. STEAM dərsləri uşaqlarda elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat üzrə tənqidi düşünmə, araşdırma və kommunikasiya bacarıqlarını inkişaf etdirir.   İstifadə rahatlığı Portaldan kompüter, noutbuk, planşet və ya mobil telefon vasitəsi ilə istənilən cihazdan istifadə etmək mümkündür. İstifadəçilər portalda izləmək istədikləri video dərs mövzularını sürətli axtarış sistemi vasitəsi ilə rahatlıqla tapa bilərlər.  

Peşə təhsili üzrə teledərslərin 25 may cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 25 may tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Videoqəbula elektron müraciətlə yazılmaq imkanı

Mövcud pandemiya şəraitində Təhsil Nazirliyi tərəfindən vətəndaşların qəbulu məsələsi daim diqqətdə saxlanılır və bu istiqamətdə ardıcıl olaraq təkmilləşdirici tədbirlər görülür. Belə ki, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar elektron müraciət vasitəsilə (https://edu.gov.az/contact_us) Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinin videoqəbuluna yazıla bilərlər. İstifadəçilər nazirliyin rəsmi saytının əlaqə hissəsindən elektron müraciət bölməsinə daxil olmaqla və müraciətin mövzusunu “Virtual qəbul” seçməklə videoqəbulda iştirak edə biləcəklər.   Vətəndaşlar elektron müraciət vasitəsilə Bakı, Sumqayıt, Gəncə, Quba və Lənkəran şəhər (rayon) təhsil şöbələri tərəfindən təşkil edilən videoqəbullara da yazıla bilərlər.   Qeyd edək ki, videoqəbulların keçirilməsində məqsəd vətəndaşların rahatlığının təmin olunması, onlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsidir. Bununla yanaşı, Çağrı Mərkəzinin "146-1" nömrəli telefonuna zəng edərək də qəbula yazılmaq mümkündür.  

“Vətəndə təhsil” imkanlarına dair vebinar

Mayın 20-də  Gürcüstan, Ukrayna və Rusiyada yaşayan soydaşlarımız üçün Azərbaycanda təhsil imkanlarına dair vebinar keçirilib. Vebinar Təhsil Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.   Tədbirdə 20 ali təhsil müəssisəsindən 30-dan çox əməkdaş, həmçinin adları keçən ölkələrdə yaşayan müxtəlif ictimai birlik, təşkilat rəhbərləri, üzvləri, o cümlədən Azərbaycanda təhsildə maraqlı olan abituriyent və tələbələr iştirak edib.   Tədbir zamanı 6 ali təhsil müəssisəsinin təqdimatı keçirilib, Azərbaycanda təhsil imkanlarına dair məlumat verilib.   Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Təhsil naziri Böyük Britaniyanın ixracat naziri ilə görüşüb

Mayın 21-də təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ixracat naziri Qraham Stüartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Tərəflər, həmçinin Britaniya Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparıb.   Görüşün sonunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Britaniya Şurasının ölkəmizdəki Nümayəndəliyi arasında illik fəaliyyət planı imzalanıb.

Təhsil naziri Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşüb

Mayın 20-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı yeni səfiri Cahit Bağcı və Türkiyə Maarif Vəqfinin sədri Birol Akgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Həmçinin mayın sonunda Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun ölkəmizə gözlənilən səfərinin əhəmiyyəti vurğulanıb.    Görüşün sonunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Maarif Vəqfi arasında Protokol imzalanıb.

“Məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində sosial işin tətbiqi” adlı beynəlxalq konfrans keçirilib

Mayın 20-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində sosial işin tətbiqi” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.    Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova konfransın məqsədi barədə iştirakçılara məlumat verib.    Konfransda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, təhsil sistemi zorakılığın qarşısının alınması və profilaktikası üçün böyük potensiala malikdir. Bu sistemin peşəkar və təşkilati mənbəyi, sosial təsir sahəsi, təhsil mühiti təhsil prosesinin bütün iştirakçılarının sistemli təsir göstərməyə imkan verir.   “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində Təhsil Nazirliyinin təşkilatı dəstəyi ilə mütəmadi olaraq təhsil müəssisələrində tədbirlər həyata keçirildiyini qeyd edən nazir müavini “Məktəblinin dostu” pilot layihəsinin də bu sahədə əhəmiyyətinə toxunub. Firudin Qurbanov bildirib ki, layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühitin yaradılması, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardımın göstərilməsi, şagirdlərin asudə vaxtının səmərəli təşkili, nəhayət, şagirdlər, valideynlər və müəllimlərlə maarifləndirmə işinin həyata keçirilməsidir.    Firudin Qurbanovun sözlərinə görə, ümumi təhsil müəssisələrində təhsilalanlarla iş sisteminin təkmilləşdirilməsi, əlverişli təlim və inkişaf mühitinin formalaşması, sağlam mənəvi-psixoloji mühitin yaradılması, sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil  şəraitinin təşkili, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin formalaşdırılması, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması barədə mövcud vəziyyət təhlil edilib və bu sahədə aparılan işlərin təkmilləşdirilməsi sahəsində sistemli işlər aparılıb. Bununla yanaşı, müəllimlər, məktəb psixoloqları, valideynlər cəlb edilməklə risk qrupuna daxil olan  təhsilalanlar müəyyən edilib və müvafiq preventiv tədbirlər həyata keçirilib. Təhsil müəssisələrində baş verən xüsusi hallar barədə məlumatların operativ və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün ötən ildən 146-2 “Qaynar xətt“ xidməti istifadəyə verilib, məlumatların operativ olaraq Nazirliyə çatdırılması, nəzarətə götürülməsi təmin edilib. Təhsil müəssisələrində baş verən hər hansı bir hal, o cümlədən zorakılıq halları ilə bağlı məlumatlar mütəmadi olaraq “Qaynar xətt” xidmətinə ötürülür, operativ araşdırma aparılır və müvafiq tədbirlər görülür.   Nazir müavini çıxışının sonunda əlavə edib ki, məişət zorakılığının qarşısının alınması istiqamətində Təhsil Nazirliyi tərəfindən atılan addımlar həm maarifləndirici tədbirlərin keçirilməsini, həm tədris proqramlarına müvafiq mövzuların daxil edilməsini, həm də yeniyetmə və gənclərə müvafiq praktiki bacarıqların aşılanmasını əhatə edir. Təhsil Nazirliyi təkcə məişət zorakılığının özü ilə deyil, onu yaradan səbəblərlə mübarizəyə böyük önəm verir.   Daha sonra konfransda iştirak edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Beynəlxalq Sosial İşçilər Federasiyasının Avropa üzrə prezidenti Ana Radulesku, Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasının prezidenti Annamariya Kampanini çıxış edərək konfransın əhəmiyyətindən söz açıblar.    Konfrans öz işini müxtəlif sessiyalarla davam etdirib.   

Tacikistanda təhsil təqaüd proqramı

Tacikistanın Təhsil və Elm Nazirliyi ilə Azərbaycanın Təhsil Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış protokola uyğun olaraq, 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edilir. Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus və ingilis dilidir.   Təqaüd proqramına müraciət üçün son tarix 31 may 2021-ci il nəzərdə tutulub.   Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Milli qiymətləndirmə təşkil olunacaq

Cari ilin 1-11 iyun tarixlərində  ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə növbəti milli qiymətləndirmə təşkil olunacaq. Milli qiymətləndirmənin Azərbaycan və  rus bölmələri üzrə təşkili nəzərdə tutulur. Bu il keçiriləcək milli qiymətləndirmə həm əyani ( seçilmiş siniflər üzrə), həm də onlayn (“Virtual məktəb” platformasında) formatda təşkil olunacaq.  Onlayn qiymətləndirmə prosesində II-VIII və X sinif şagirdləri ayrı-ayrı fənlər üzrə müxtəlif sayda tapşırıqları cavablandıracaq. Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında ümumi şagird qruplarında “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən müvafiq fənlər üzrə test tapşırıqlarına cavab vermək lazımdır. Əyani qiymətləndirmə prosesində isə IV, VI  və IX sinif şagirdlərinə müvafiq olaraq riyaziyyat, tədris dili və xarici dil, eləcə də təbiət fənləri üzrə suallar veriləcək. İyun ayında keçiriləcək milli qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər arasında sosial-iqtisadi vəziyyətə dair sorğu nəzərdə tutulur.  Qeyd edək ki, sistemli tədqiqat şəklində aparılan milli qiymətləndirmənin keçirilməsində məqsəd etibarlı məlumatların toplanması, təkliflərin verilməsi və problemlərin həll edilməsi  üçün konkret istiqamətləri müəyyənləşdirməkdir.   

Apellyasiya müsahibələrinin nəticələri

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edərək uyğun hesab edilməyən şəxslər üçün apellyasiya müsahibələri təşkil olunub. 7-8 may tarixlərində həyata keçirilən müsahibələrin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.   188 namizədin iştirak etdiyi müsahibələrdə 103 nəfər uğur qazanaraq ümumi təhsil müəssisəsində daimi əsaslarla çalışmaq imkanı qazanıb.   Qeyd edək ki, müddətsiz əmək müqaviləsinin bağlanması üçün təlimat müvafiq yerli təhsili idarəetmə orqanlarına göndəriləcək.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı