• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsili üzrə teledərslərin 18 may cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 7 may tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

İşə qəbul müsabiqəsinin qiymətləndirmə çərçivəsini izah edən videolar

Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi hazırlanıb. 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası daha öncə təqdim olunub. Kitabça ilə müvafiq keçidə daxil olaraq tanış ola bilərsiniz: https://bit.ly/3ooQlnx   Təhsil İnstitutu tərəfindən müvafiq linkə (https://www.arti.edu.az/az/presentation/688-muallimlarin-isa-qabulu-musabiqasinin-qiymatlandirma-carcivasini-izah-edan-videolar) əlavə edilmiş videolarda  isə 20 fənn, metodika ve pedaqogika üzrə müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarının məzmunu şərh olunur, sual nümunələri təqdim edilir, eyni zamanda həmin suallar vasitəsilə qiymətləndirmə çərçivəsində namizədlərə qoyulan tələblərin necə ölçüləcəyi haqqında məlumat verilir.   Qeyd edək ki, sözügedən videolar müzakirəyə açıqdır. Müəllimlər və müəllimliyə namizədlər tərəfindən veriləcək rəy və tövsiyələr müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlıq prosesi çərçivəsində görülən işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasına dəstək göstərəcək.

Ali təhsil müəssisələri üçün anonim sorğu

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsil müəssisələrinin rəhbərlik və kollektivini anonim sorğuda iştirak etməyə dəvət edir. Sorğunun keçirilməsində məqsəd müvafiq müəssisələrin daxili keyfiyyət təminatı sisteminin mövcud vəziyyətini təhlil etmək, təlim ehtiyac və istəklərini müəyyən etmək, Agentliyin təlim və metodiki dəstək xidmətlərinə dair təklifləri ilə tanış olmaqdan ibarətdir.   Qeyd edək ki, TKTA-nın nizamnaməsinə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir.   Sorğuda iştirak etmək üçün keçiddən  istifadə edə bilərsiniz.

“Direktorlar klubu” yaradılıb

Ümumtəhsil məktəb direktorlarının kommunikasiyasını təmin etmək məqsədilə “Direktorlar klubu” yaradılıb.   Klub Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə yaradılıb.   Klubun əsas məqsədi ümumtəhsil məktəb direktorlarının kommunikasiyasını və təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığı inkişaf etdirmək, bu yolla onların bacarıqlarını təkmilləşdirmək, təhsilin idarəetməsində keyfiyyətin inkişafına töhfə verməkdir. Bu çərçivədə direktorların görüşlərini təşkil etmək, onların idarəçilik təcrübəsini daha geniş auditoriyaya çatdırmaq, mövcud vəziyyəti daha da yaxşılaşdırmaq üçün müzakirələr aparmaq və ehtiyacları öyrənmək nəzərdə tutulub.   Bu məqsədlə 18 maydan etibarən “Məsləhətli saat” adlı onlayn proqramın yayımına start verilir. Proqram Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, əməkdar müəllim Asif Cahangirovun təqdimatında hər həftənin çərşənbə axşamı saat 19.00-da “T-Network”un feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq. Proqramın ilk buraxılışında Bakı şəhəri 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli və 69 nömrəli tam orta məktəbin direktoru Taleh Şahbazov çıxış edəcəklər.   Kluba üzv olmaq istəyən məktəb direktorları info@tnetwork.az elektron ünvanına müraciət edə bilərlər.

Tələbələrin və təhsil müəssisələrinin nəzərinə!

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu  19 may 2021-ci il tarixindən aktivləşdirir.   2020-2021-ci tədris ilinin payız (yarımili) semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili)  üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək.   Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.   http://e-telebe.edu.az elektron portalı vasitəsi ilə müraciətlərin qəbulu iyun ayının 7-dək aktiv olacaq.   Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yerli təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub.

Media nümayəndələrinin nəzərinə!

Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında keçirilən “Qalib müəllim” videohekayə müsabiqəsi davam edir. Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 21 may 2021-ci ildir. Hazırlanmış video materiallar qeyd edilən tarixədək  press@edu.gov.az  elektron ünvanına  göndərilməlidir.       Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir: - “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk; - “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;   Müsabiqə üzrə tələblər aşağıdakılardır: - Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər; - Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır; - İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək  press@edu.gov.az  elektron ünvanına  göndərməlidir; - Hər iştirakçı bir videohekayə göndərə bilər; - Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.   Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır. Sonda qaliblər Təhsil Nazirliyinin sertifikatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.  

Tələbələr üçün “Virtual məktəb”də təcrübə proqramı

Cari ilin mart ayından etibarən ölkədə pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün “Virtual məktəb”də onlayn təcrübə keçmək imkanı yaradılıb.   Təcrübə proqramına Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Musiqi Akademiyası və Azərbaycan Dillər Universitetindən ümumilikdə 225 tələbə qoşulub. 28 ümumi təhsil müəssisəsi üzrə keçirilən onlayn təcrübə proqramı mart-may aylarını əhatə edir.   Onlayn təcrübə proqramının məqsədi pandemiya dövrü ilə əlaqədar əyani olaraq təcrübə keçə bilməyən tələbələr üçün şəraitin yaradılması olub. Təcrübə proqramında tələbələr təhsil aldıqları ixtisas üzrə qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə yanaşı, müasir təlim texnologiyaları ilə iş bacarıqlarını da sınaqdan keçirirlər. Nəticədə gələcəyin müəllimləri müasir təhsil prosesində istifadə olunan interaktiv alətlər, yeni tədris metodları və yanaşmaları ilə yaxından tanış olmaq imkanı əldə edirlər.   Qeyd edək ki, tədris prosesində təhlükəsizliyin təmin edilməsi baxımından kənar şəxslərin dərslərə daxil olması mümkün deyil. Bunu nəzərə alaraq, təcrübə proqramında iştirak edən tələbələr siyahıya alınıb və yalnız təcrübə proqramı müddətində aktiv olacaq hesablarla dərslərə qoşulurlar.

Əyani tədris qismən bərpa olunub - Fotoreportaj

Mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərləri, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa edilib.

Yerdəyişmə müsabiqəsinə sənəd qəbulu yekunlaşıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu mərhələsi başa çatıb.   5-16 may tarixlərini əhatə edən bu mərhələdə 13 105 şəxs müsabiqədə iştirak etmək üçün müraciət edib. Onlardan 8441 nəfəri ərizəsini tamamlayaraq iştirakını təsdiq edib.   Müsabiqənin növbəti mərhələsində namizədlərin ərizələri yoxlanıldıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək.    Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən namizədlərə uğurlar arzulayırıq!

Yaz imtahan sessiyası distant keçiriləcək

Ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası distant (məsafədən) formada keçiriləcək.   Təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrdə bildirilir ki, müəyyən fənlər üzrə imtahanlar əyani formada keçirildiyi təqdirdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na  riayət olunmalıdır.   Əmrdə qeyd edilir ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalıdırlar. Həmçinin qərargaha daxil olan hər bir şikayət operativ şəkildə araşdırılmalıdır. İmtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.   İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı