• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Respublika turnirinin zona mərhələsi üzrə növbəti yarışlar keçirilib

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan idman növləri üzrə zonalarda növbəti yarışlar keçirilib.   Atletika idman növü üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fubol meydançasında, voleybol idman növü üzrə Göyçay Olimpiya İdman Kompleksində, basketbol idman növü üzrə Göygöl Olimpiya İdman Kompleksində, mini futbol idman növü üzrə Xaçmaz Olimpiya İdman Kompleksində turnirin növbəti yarışları təşkil olunub.   Zona mərhələsinin nəticələrinə görə, atletika idman növü üzrə I yerə Nərimanov rayonu, II yerə Xətai rayonu, III yerə Xəzər rayonun məktəbliləri, voleybol idman növü üzrə I yerə Göyçay rayonu, II yerə Ağsu rayonu, III yerə Oğuz rayonunun məktəbliləri, basketbol idman növü üzrə I yerə Gəncə şəhəri, II yerə Göygöl rayonu, III yerə Mingəçevir şəhərinin məktəbliləri, mini futbol idman növü üzrə I yerə Xaçmaz rayonu, II yerə Quba rayonu, III yerə Siyəzən rayonunun məktəbliləri layiq görülüb.   Turnirin əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.   Yarışların zona mərhələsinin qaliblərinə diplomlar təqdim edilib.   Olimpiya sistemi üzrə 6 zonada keçiriləcək turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edir.   Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında keçiriləcək yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak edəcək.     Qeyd edək ki, turnirin keçirilməsində məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir. Turnir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.

Əcnəbi tələbələr işğaldan azad olunmuş rayonlarda

İyunun 2-də ölkəmizdə təhsil alan əcnəbi tələbələrin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil edilib. Səfər Təhsil və Müdafiə nazirlikləri, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Səfərdə 16 ali təhsil müəssisəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsi iştirak edib.   Səfər çərçivəsində Füzuli rayonunda qədim məscid, qəzet redaksiyası, köhnə qəbiristanlıq, Cəbrayıl rayonunda Xudafərin körpüsü, su elektrik stansiyası, “Dostluq bulağı”, “Qədim çinar”, yay kinoteatrı ziyarət olunub, şəhərlərdə dağıntılar nümayiş edilib. Cəbrayıl rayonunda xidmətdə olan əsgər və zabitlərlə görüş keçirilib.   Səfər zamanı əcnəbi tələbələr tərəfindən Azərbaycanın böyük ölçülü dövlət bayrağı dalğalandırılıb və “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.   Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı əcnəbi tələbələrə təqdim edilib.   Sonda xatirə şəkili çəkdirilib, əcnəbi tələbələrin təəssüratları dinlənilib.

TOPs təlimləri keçirilir

“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Bakı şəhərinin ümumtəhsil məktəblərində təlimlərə start verilib.   Təlimlərə Bakı şəhərində fəaliyyət göstərən 57 ümumi təhsil müəssisəsindən 150 nəfərdən çox fiziki tərbiyə müəllimi cəlb olunub. Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil olunan 3 günlük praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılır, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilir, dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilir.   Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə ediləcək.   Təlimlər xüsusi karantin rejimi qaydalarına uyğun təşkil edilir.   Qeyd edək ki, TOPs layihəsi ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir. Layihə Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə icra edilir.

Milli qiymətləndirmənin nəticələri təhlil edilib

Təhsil İnstitutu tərəfindən 5-12 mart tarixlərində keçirilən milli qiymətləndirmənin nəticələri təhlil edilib.   Nəticələrə əsasən, qızlar qiymətləndirmədə iştirak edən şagirdlərin 52 faizini təşkil edərək oğlanlardan daha yüksək nəticə göstəriblər. Regionlar üzrə aparılan müqayisənin nəticələrinə əsasən, ən yaxşı nəticəni Gəncə (64,7 faiz), Şirvan (63,8 faiz) və Xırdalan (61,8 faiz) şəhərləri göstərib.   Tədqiqatın nəticələri sinif və fənlər üzrə təhlil edildiyi zaman III sinifdə oxuyan şagirdlərin ən yüksək orta müvəffəqiyyət göstəricisi ingilis dili fənni, VI sinifdə oxuyan şagirdlərin ən yüksək orta müvəffəqiyyət göstəricisi fizika fənni, VII sinifdə oxuyan şagirdlərin ən yüksək orta müvəffəqiyyət göstəricisi isə Azərbaycan dili fənni üzrə qeydə alınıb.   Qeyd edək ki, sözügedən milli qiymətləndirmə respublika üzrə 20 regionda III, VI və VII  siniflərdə oxuyan 7102 şagird arasında keçirilmişdi.  

Müsabiqə və olimpiadaların idarəolunmasında tətbiq edilən yeni mexanizmlər

Cari ildə Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən https://portal.edu.az/ platforması istifadəyə verilib. Vətəndaşlar platformada qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla müvafiq elektron xidmətlərdən faydalana bilirlər. Bu xidmətlər sırasında hazırda “Müsabiqə və Olimpiadalar” bölməsi vasitəsi ilə respublika fənn olimpiadalarının təşkili həyata keçirilir. Olimpiadaların idarəolunmasında tətbiq olunan bu mexanizm proseslərin çevik və keyfiyyətli təşkilinə şərait yaradır.   Ərizələrin elektron qəbulu: Şagirdlər heç yerə getmədən öz şəxsi kabinetləri vasitəsi ilə keçirilən müsabiqə və olimpiadalar barədə məlumat əldə edir və iştirak üçün rahat şəkildə müraciət edə bilirlər. Müraciət göndərildikdən sonra sistemdə şagirdlərə imtahan tarixi, məkanı və digər detallar qeyd olunmuş buraxılış vərəqələri təqdim edilir.   Məlumatların izlənilməsi: Şagirdlər, həmçinin, şəxsi kabinetlərində öz nəticələri, müsabiqə və olimpiadaların hazırda hansı mərhələdə olduğu və digər yeniliklər barədə məlumatları izləyə bilirlər. Bu, proseslərin mövcud statusu barədə çevik məlumat əldə edilməsini və istənilən məkandan yoxlanılmasını əlçatan edir.    İştirakçıların mükafatlandırılması: Olimpiada və müsabiqədə uğurla iştirak etmiş şagirdlərə sistemdə elektron nailiyyət sənədləri (sertifikatlar) təqdim edilir. Şagirdin iştirak etdiyi bütün müsabiqələr, nailiyyətləri və sertifikatları sistemdə saxlanılır və şəxsi kabinetdə öz əksini tapır.   Proseslərin avtomatlaşdırılması: Olimpiada və müsabiqələrin idarəolunmasının rəqəmsallaşdırılması sistemdə imtahan mərkəzlərinin təyin edilməsinə, müraciət edən şagirdlərin avtomatik olaraq imtahan mərkəzləri üzrə yerləşdirilməsinə, şagirdlərin ümumi siyahısına nəzarət etməyə, müvafiq hesabatların hazırlanmasına imkan verir.    Nəticələrin təhlili. Sistemdə monitorinq imkanı var ki, bu da öz növbəsində, illər üzrə keçirilən müsabiqə və olimpiada nəticələrinin təhlil olunmasına və şagird nailiyyətlərinə əsasən effektiv tədris strategiyalarının hazırlanmasına şərait yaradır.

Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə nəticələr

Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub.   Qaliblər və final turunun nəticələri ilə www.olimpiada.edu.az saytından tanış ola bilərsiniz.   Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.   Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

Əcnəbi tələbələrin işğaldan azad olunmuş rayonlara səfəri başlayıb

İyunun 2-də Təhsil və Müdafiə nazirlikləri, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə əcnəbi tələbələrin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil olunub. Səfərdə 16 ali təhsil müəssisəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsi iştirak edir.   Səfər çərçivəsində Füzuli rayonunda qədim məscid, qəzet redaksiyası, hərbi hissə, köhnə qəbiristanlıq ziyarət olunacaq. Cəbrayıl rayonunda isə Xudafərin körpüsü, su elektrik stansiyası, “Dostluq bulağı”, “Qədim çinar” yay kinoteatrı, şəhər qəbiristanlığına baş çəkiləcək. Eyni zamanda, xarici tələbələrin ifasında milli folklor nümunələri sərgilənəcək. 

Lütfi Zadə adına məntiq olimpiadasının nəticələri

Lütfi Zadə adına məntiq olimpiadasının nəticələri elan edilib. Nəticələrə əsasən, iştirakçılardan 60 nəfər qalib elan edilib.   Qaliblərin siyahısı ilə olimpiada.edu.az saytından tanış ola bilərsiniz.   Təkilf və iradlarla bağlı rəsmi müraciətlər 3 iş günü ərzində müvafiq yerli təhsili idarəetmə orqanlarına təqdim edilə bilər.   Qeyd edək ki, sözügedən olimpiada Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

İyunun 4-dən 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesinə başlanılır. Elektron sənəd qəbulu prosesi 4-11 iyun tarixlərini əhatə edəcək. Müsabiqə 4 mərhələdən (elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi və müsahibə mərhələsi) ibarətdir.   Müsabiqənin ilk – elektron sənəd qəbulu mərhələsində namizədlər miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.   Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Təhsil naziri şəhid övladları ilə görüşüb

İyunun 1-də Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Biz Zəfərin övladlarıyıq" adlı tədbir keçirilib.   Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən tədbirə 50-ə yaxın şəhid övladı qatılıb. Bölgələrdən olan şəhid övladları görüşə “Zoom” platforması üzərindən onlayn qatılıblar.   Uşaqları təbrik edən təhsil naziri  hər zaman dövlət səviyyəsində onlara göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Nazir uşaqların sağlam və firavan böyüməsinin, rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib. Təhsil naziri həmçinin 44 günlük Vətən Müharibəsi zamanı şəhid olan şagirdlərimizi anıb. Vətən müharibəsində qazanılan zəfərdə təhsil işçilərinin də rolunu vurğulayan Emin Əmrullayev şəhidlərimizi dərin ehtiramla yad edib, qazi və əsgərlərimizə cansağlığı arzulayıb.   Təhsil naziri uşaqların pandemiya dövründə dərs imkanları, qarşılaşdıqları çətinliklərlə maraqlanıb, Vətənə faydalı ola bilmək üçün yaxşı oxumağın vacibliyini, eləcə də məktəbdənkənar fəaliyyətlə məşğul olmağın əhəmiyyətini diqqətə çatdırıb. Emin Əmrullayev şagirdlərə öz tövsiyələrini verib, onları maraqlandıran sualları cavablandırıb.   Tədbirdə şagirdlərin hazırladıqları musiqili kompozisiya təqdim edilib.   Sonda xatirə şəkli çəkdirilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı