• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

e-telebe vasitəsilə müraciətlərin qəbulu davam edir

https://e-telebe.edu.az elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu davam edir. Müraciətlərin qəbulu iyun ayının 7-dək aktiv olacaq.   31 may saat 20:00-dək olan məlumata əsasən, portal vasitəsilə ümumilikdə 26 164 müraciət edilib.   Qeyd edək ki, 2020-2021-ci tədris ilinin payız (yarımili) semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili)  üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək.   Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.

Milli qiymətləndirməyə start verilib

İyunun 1-dən ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə növbəti milli qiymətləndirməyə start verilib. Milli qiymətləndirmə 1-11 iyun tarixlərini əhatə edəcək.     Milli qiymətləndirmə Azərbaycan və  rus bölmələri üzrə həm əyani (seçilmiş siniflər üzrə), həm də onlayn (“Virtual məktəb” platforması üzərindən) formatda təşkil olunacaq.    Milli qiymətləndirmə prosesində ilk növbədə IV, VI  və IX sinif şagirdləri əyani şəkildə müvafiq olaraq riyaziyyat, tədris dili və xarici dil, eləcə də təbiət fənləri üzrə sualları cavablandıracaqlar.    2 iyun tarixindən isə II-VIII və X sinif şagirdləri onlayn formatda ayrı-ayrı fənlər üzrə müxtəlif sayda tapşırıqları cavablandıracaqlar.   Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında ümumi şagird qruplarında “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən müvafiq fənlər üzrə test tapşırıqlarına cavab vermək lazımdır (https://www.youtube.com/watch?v=TYD5z3Hq9vU). Onlayn milli qiymətləndirmədə iştirak edəcək şagirdlər öz nəticələrinə testi tamamlandıqdan sonra ekrana çıxacaq “Təhlil” (“Review”) bölməsindən baxa bilərlər. Şagirdlərin nəticələrinin əlavə olaraq elektron poçtla göndərilməsi nəzərdə tutulmayıb.   Milli qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər arasında sosial-iqtisadi vəziyyətə dair sorğu keçirilməsi də nəzərdə tutulur.    Qeyd edək ki, milli qiymətləndirmə tədqiqatı məktəbdaxili summativ qiymətləndirmə ilə qarışdırılmamalıdır. Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün ümumi təhsil müəssisələrində aparılan tədqiqatdır. Milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etmir.

Riyaziyyat və fizika fənləri üzrə final turu

İyunun 1-də riyaziyyat və fizika fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilir.    Riyaziyyat fənni üzrə 73, fizika fənni üzrə isə 72  şagird final turunda iştirak edir.   Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.     Respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə həyata keçirilir.     Respublika fənn olimpiadalarının təşkilat komitəsi bütün şagirdlərə uğurlar arzulayır.

Ümumi təhsil müəssisələrində "Yay məktəbi" təşkil ediləcək

Mövcud vəziyyətlə əlaqədar olaraq, cari tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilmişdi. Pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmış oldu.    Bildiyiniz kimi, ötən həftə Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edənlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirib. Belə ki, mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.   “Yay məktəbi”nin təşkil edilməsi ilə bağlı bütün məlumatlar yerli təhsili idarəetmə orqanlarına təqdim olunacaq. Qeydiyyatdan keçmək istəyən vətəndaşlar iyunun 5-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müraciət edə bilərlər. “Yay məktəbi” ilə bağlı növbəti günlərdə Təhsil Nazirliyinin informasiya resurslarında daha ətraflı məlumat veriləcək.  

Təhsil nazirinin videoqəbulu keçirilib

Mayın 31-də təhsil naziri Emin Əmrullayev Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edib. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.    Təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.   Videoqəbulda vətəndaşlar işə qəbul, müəllimlərin yerdəyişməsi, dərs saatlarının bölgüsü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.    Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə  genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

VI fənn müsabiqələrinin qalibləri

Ölkə üzrə VI-VII sinif şagirdləri arasında keçirilən VI məktəblilərarası fənn müsabiqələrinin qalibləri məlum olub.   Riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilən bilik yarışında müvafiq fənlər üzrə iştirakçılardan ən yaxşı nəticə göstərən 30 şagird qalib elan edilib. Nəticələr və qaliblərin siyahısı ilə www.olimpiada.edu.az saytından tanış ola bilərsiniz.   Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

BDU tələbələri və jurnalistlər üçün təlim

Mayın 31-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ixtisaslaşdırma təlimi keçirilib.    Təlimdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin magistratura səviyyəsində oxuyan tələbələr və təhsil sahəsindən yazan media nümayəndələri iştirak ediblər.    Təlimdə startap ekosistem təmsilçisi Məmməd Kərim “Rəqəmsal media: yeni trendlər” və  telejurnalist Xəyal Tağıyev “İxtisaslaşmış jurnalistika: müasir mediada onun yeri” mövzularında çıxışlar ediblər.   Rəqəmsallaşmanın həyatın bütün aspektlərini əhatə etdiyini diqqətə çatdıran Məmməd Kərim bildirib ki, rəqəmsal media üzərindən auditoriya toplamaq imkanları daha böyükdür. İndi internet “məlumat daşıyıcısı” anlayışını tamamilə dəyişib və demək olar ki, hər kəs onlayn kanallar vasitəsilə məlumat ötürür. Zamanla vərdişlər də dəyişir. Məmməd Kərimin fikrincə, müasir dövrdə startap layihələrinə yatırılan sərmayənin yarısı rəqəmsal mediaya xərclənir.    Daha sonra çıxış edən Xəyal Tağıyev təlim iştirakçıları ilə öz təcrübəsini bölüşüb. Xəyal Tağıyev jurnalistikanın qaydalarından, jurnalist peşəkarlığından və  ixtisaslaşmış jurnalistikanın əhəmiyyətindən danışıb.   Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.   

Respublika turnirinin zona mərhələsi davam edir

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan idman növləri üzrə növbəti yarışlar keçirilib.   Atletika idman növü üzrə İsmayıllı Olimpiya İdman Kompleksində, voleybol idman növü üzrə Göygöl Olimpiya İdman Kompleksində, basketbol idman növü üzrə Xaçmaz Olimpiya İdman Kompleksində, mini futbol idman növü üzrə Saatlı Olimpiya İdman Kompleksində turnirin növbəti yarışları təşkil olunub.   Zona mərhələsinin nəticələrinə görə, atletika idman növü üzrə I yerə Balakən rayonu, II yerə Oğuz rayonu, III yerə Zaqatala rayonun məktəbliləri, voleybol idman növü üzrə I yerə Mingəçevir şəhəri, II yerə Ağdam rayonu, III yerə Göygöl məktəbliləri, basketbol idman növü üzrə I yerə Sumqayıt şəhəri, II yerə Xaçmaz rayonu, III yerə Qusar rayonunun məktəbliləri, mini futbol idman növü üzrə I yerə Saatlı rayonu, II yerə İmişli rayonu, III yerə Hacıqabul rayonunun şagirdləri layiq görülüb.   Turnirin əsasnaməsinə uyğun olaraq, zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.   Yarışların zona mərhələsinin qaliblərinə diplomlar təqdim edilib.   Olimpiya sistemi üzrə 6 zonada keçiriləcək turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edir.   Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında  keçiriləcək yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak edəcək.     Qeyd edək ki, turnirin keçirilməsində məqsəd  şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.   Turnir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.

Peşə təhsili üzrə teledərslərin 1 iyun cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 1 iyun tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Respublika fənn olimpiadalarının final turu

Mayın 31-də Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.   S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziyada baş tutan final turunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə 73, tarix fənni üzrə 72, coğrafiya fənni üzrə isə 75 şagird iştirak edib.   Nəticələr yoxlama və münsiflər heyətinin iştirakı ilə yazı işlərinə baxış prosesindən sonra elan olunacaq.   Qeyd edək ki, respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə həyata keçirilir.   Respublika fənn olimpiadalarının təşkilat komitəsi bütün şagirdlərə uğurlar arzulayır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı