• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Əcnəbi tələbələrin işğaldan azad olunmuş rayonlara səfəri başlayıb

İyunun 2-də Təhsil və Müdafiə nazirlikləri, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə əcnəbi tələbələrin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil olunub. Səfərdə 16 ali təhsil müəssisəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsi iştirak edir.

 

Səfər çərçivəsində Füzuli rayonunda qədim məscid, qəzet redaksiyası, hərbi hissə, köhnə qəbiristanlıq ziyarət olunacaq. Cəbrayıl rayonunda isə Xudafərin körpüsü, su elektrik stansiyası, “Dostluq bulağı”, “Qədim çinar” yay kinoteatrı, şəhər qəbiristanlığına baş çəkiləcək. Eyni zamanda, xarici tələbələrin ifasında milli folklor nümunələri sərgilənəcək. 


3 il əvvəl