SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Əcnəbi tələbələr işğaldan azad olunmuş rayonlarda
İyunun 2-də ölkəmizdə təhsil alan əcnəbi tələbələrin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil edilib. Səfər Təhsil və Müdafiə nazirlikləri, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Səfərdə 16 ali təhsil müəssisəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsi iştirak edib.
Səfər çərçivəsində Füzuli rayonunda qədim məscid, qəzet redaksiyası, köhnə qəbiristanlıq, Cəbrayıl rayonunda Xudafərin körpüsü, su elektrik stansiyası, “Dostluq bulağı”, “Qədim çinar”, yay kinoteatrı ziyarət olunub, şəhərlərdə dağıntılar nümayiş edilib. Cəbrayıl rayonunda xidmətdə olan əsgər və zabitlərlə görüş keçirilib.
Səfər zamanı əcnəbi tələbələr tərəfindən Azərbaycanın böyük ölçülü dövlət bayrağı dalğalandırılıb və “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.
Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı əcnəbi tələbələrə təqdim edilib.
Sonda xatirə şəkili çəkdirilib, əcnəbi tələbələrin təəssüratları dinlənilib.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl