SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Milli qiymətləndirmənin nəticələri təhlil edilib
Təhsil İnstitutu tərəfindən 5-12 mart tarixlərində keçirilən milli qiymətləndirmənin nəticələri təhlil edilib.
Nəticələrə əsasən, qızlar qiymətləndirmədə iştirak edən şagirdlərin 52 faizini təşkil edərək oğlanlardan daha yüksək nəticə göstəriblər. Regionlar üzrə aparılan müqayisənin nəticələrinə əsasən, ən yaxşı nəticəni Gəncə (64,7 faiz), Şirvan (63,8 faiz) və Xırdalan (61,8 faiz) şəhərləri göstərib.
Tədqiqatın nəticələri sinif və fənlər üzrə təhlil edildiyi zaman III sinifdə oxuyan şagirdlərin ən yüksək orta müvəffəqiyyət göstəricisi ingilis dili fənni, VI sinifdə oxuyan şagirdlərin ən yüksək orta müvəffəqiyyət göstəricisi fizika fənni, VII sinifdə oxuyan şagirdlərin ən yüksək orta müvəffəqiyyət göstəricisi isə Azərbaycan dili fənni üzrə qeydə alınıb.
Qeyd edək ki, sözügedən milli qiymətləndirmə respublika üzrə 20 regionda III, VI və VII siniflərdə oxuyan 7102 şagird arasında keçirilmişdi.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl