• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Musiqi” fənni üzrə dərsliklərlə bağlı yenilik

2021-2022-ci tədris ilində yeni hazırlanan II və VI siniflərin rus bölməsi üçün “Musiqi” fənni üzrə dərsliklərdə istifadə edilən Azərbaycan mahnıları tərcüməsiz veriləcək. Belə ki, tərcümə zamanı mahnıların sözlərinin qafiyəyə və ritmə uyğunlaşdırılmasında çətinlik yarandığı, bir çox mahnıların mənasının itdiyi müəyyənləşdirilib. Musiqi dərslərində mahnıların Azərbaycan dilində öyrənilməsi digər bölmələrdə təhsil alan şagirdlərimizin dövlət dilini daha yaxşı mənimsəməsinə imkan verəcək, milli-mənəvi dəyərlərimizin aşılanmasına yardım edəcək. Qeyd edək ki, növbəti tədris illərində nəşr olunacaq digər siniflər üçün musiqi dərsliklərində də eyni yanaşma tətbiq ediləcək.

Respublika turnirinin növbəti final mərhələsinin qalibləri

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan futbol idman növü üzrə final yarışı keçirilib. “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında təşkil olunan yarışda hər zonadan  I və II yer üzrə final mərhələsinə vəsiqə qazanan Lənkəran və Gəncə şəhəri, İmişli, Saatlı, Xaçmaz, Quba, Yevlax, Göyçay, Zaqatala, Cəlilabad, Binəqədi, Sabunçu rayonunun məktəbliləri mübarizə aparıb. Yarışda I yerə Cəlilabad rayonu, II yerə İmişli rayonu, III yerə Gəncə şəhərinin komandası layiq görülüb. Olimpiya sistemi üzrə 6 zonada keçirilən turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edib. Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında  keçirilən yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak edir.   Qeyd edək ki, turnirin keçirilməsində məqsəd  şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir. Turnir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.

Ali təhsilin doktorantura səviyyəsinə sənəd qəbulu elektronlaşdırılıb

İyulun 1-dən https://portal.edu.az/ platformasında ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu xidməti aktiv edilib. Belə ki, sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə müraciət edə və müraciət üzrə statuslarını izləyə biləcəklər.   Müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsi proseslərin daha çevik və keyfiyyətli təşkilinə şərait yaradacaq. Tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə biləcəklər. Bununla yanaşı, qeydiyyatın portal üzərindən aparılması məlumatların vahid elektron bazada toplanılmasına, digər xidmətlərlə qarşılıqlı inteqrasiyasına, geniş analiz və hesabatlılığın təmin edilməsinə şərait yaradacaq.  Xidmətdən istifadəyə dair aşağıdakı videotəlimatı izləyə bilərsiniz.   

SABAH tələbələrinin ifasında “Pəri cadu” tamaşasının təqdimatı olub

İyunun 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qruplarının tələbələri buraxılış işi kimi Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərinin tamaşasını təqdim ediblər.    Tamaşanın təqdimatında təhsil naziri Emin Əmrullayev, nazir müavini Firudin Qurbanov və  ADMİU-nun rektoru Ceyran Mahmudova iştirak edib.    Əvvəlcə universitetin qalareyasında rəssam və dizayner tələbələrin, məzunların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Qonaqlar ADMİU-nun Vətən müharibəsi iştirakçılarına həsr olunmuş “Zəfər” lövhəsi ilə  də tanış olublar. Bildirilib ki, Vətən müharibəsində universitetin 2-si əməkdaş olmaqla, 50-dən çox tələbə və məzunu iştirak edib. Onlardan 3 nəfəri şəhidlik zirvəsinə ucalıb, əksəriyyəti isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə medallarla təltif olunub.   Daha sonra ADMİU-nun SABAH qrupları tələbələrinin ifasında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərinin tamaşası nümayiş edilib. Klassik irsə müasir baxış sərgiləyən tamaşa maraqla izlənilib.    Sonda çıxış edən təhsil naziri Emin Əmrullayev ADMİU-dakı yaradıcı mühitdən, nümayiş olunan tamaşadan məmnunluğunu ifadə edib və universitetin fəaliyyətində uğurlar arzulayıb. 

“Yay məktəbi”nin son günü fotoobyektivdə

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü”

İyunun 30-da  İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib.    Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov iştirak edib.    Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin prioritet istiqamətlərindən söz açıb. Nazir müavini peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası və ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib.  İdris İsayev peşə təhsilinin ölkəmizin iqtisadiyyatına, davamlı sosial-iqtisadi inkişafına, səriştəli mütəxəssislərin yetişməsinə töhfə verməsi üçün peşə təhsili müəssisələrinin müasir infrastrukturla təmin olunmasının əhəmiyyətini diqqətə çatdırıb.  Nazir müavini çıxışının sonunda 2020-2021-ci tədris ilinin məzunlarını təbrik edib, onlara uğurlar arzulayıb.   Tədbirdə qeyd olunub ki, cari tədris ili üzə mərkəzdə 140 tələbə məzun olub və onlardan 12 nəfəri müvafiq müəssisələrdə işlə təmin olunub.    Tədbirdə həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri, mərkəzin yaxından əməkdaşlıq etdiyi işəgötürən qismində çıxış edən şirkət nümayəndələri, fəxri məzunlar, müəllim və valideyn kollektivi  iştirak edib.   Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsini 13 300-dən çox məzun bitirib.   

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

İyunun 30-da “Yay məktəbi”nin başa çatması ilə bağlı bağlanış mərasimi keçirilib.   Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Səbuhi Babayev, müəllim və şagirdlər iştirak ediblər.   Mərasimdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi tərəfindən irəli sürülən “Yay məktəbi” təşəbbüsünün uzun müddətli pandemiya şəraitində yaranan fasilələrin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu bildirib. Mehriban Vəliyeva “Yay məktəbi”ni şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, sosial fəaliyyətlərə cəlb olunması, eləcə də uşaqların intellektual və fiziki inkişafında yeni bir imkan olduğunu diqqətə çatdırıb.    Mərasimdə iştirak edən “Təmiz Şəhər” ASC-nin nümayəndəsi Səbuhi Babayev məktəblilərlə tullantıların idarə olunması mövzusunda maarifləndirici söhbət aparıb. Şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması barədə ətraflı məlumat verilib. Daha sonra şagirdlərə hədiyyələr, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə bağlı məlumatlandırıcı kitabçalar və bukletlər təqdim edilib.   Bağlanış mərasimində məktəblilər “Yay məktəbi”nə dair bölmələrdə çıxış edib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub, şeirlər səsləndirib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.   Mərasimdə müxtəlif mövzularda fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.  

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü”

İyunun 30-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil naziri Emin Əmrullayevin iştirakı ilə “Məzun günü” keçirilib.    Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev əvvəlcə 2020-2021-ci tədris ilinin məzunlarını təbrik edib və onlara uğurlar arzulayıb. Nazir son illərdə ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması baxımından ixtisaslı işçi qüvvəsinin hazırlanması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. Peşə təhsilinin xüsusi əhəmiyyətini vurğulayan Emin Əmrullayev işəgötürənlərin əsas tərəf kimi peşə təhsili sisteminə cəlb edilməsi, onların tələblərinə uyğun kadr hazırlığının aparılması və nəticə etibarı ilə peşə təhsilinə marağın artmasına diqqət çəkib. Daha sonra nazir gələcəkdə yaradılacaq yeni peşə təhsili mərkəzləri hesabına peşə təhsili alacaq tələbələrin sayının artacağını əlavə edib.    Tədbirdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əsas prioritetləri sırasında işəgötürənlərlə yaxından əməkdaşlığın təşkili, hazırda 50-yə yaxın yerli və xarici şirkətlərlə müxtəlif layihələr və məşğulluq istiqamətində işlərin aparıldığı xüsusi vurğulanıb. “Məzun günü”ndə mərkəzin əməkdaşlıq etdiyi işəgötürənlər, fəxri məzunlar, müəllim və valideyn kollektivi də iştirak edib.    Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsini 13 300-dən çox məzun bitirir. 

Məktəbli gimnastların beynəlxalq uğuru

Monteneqronun Budva şəhərində keçirilən “Monteneqro Cup” beynəlxalq turnirində Təhsil Nazirliyinin İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər gimnastika məktəbinin yetirmələri yüksək nəticə əldə edib.   12 ölkədən 200 nəfərdən çox gimnastın iştirak etdiyi yarışlarda ölkəmizi məktəbin 5 idmançısı təmsil edib.   Uşaq yaş kateqoriyasında çıxış edən Aysel Rzayeva halqalar, Yelizaveta Yefremova gürzlər, Zəhra Tahirova alətsiz növlərdə qızıl, yeniyetmələr üzrə Fəxriyyə Əliyevə gürzlə çıxışda bürünc medal qazanıb, Leyli İsmayılova isə top və halqalar çıxışı ilə turnirin ikiqat qalibi olub. Təmsilçilərimiz ümumilikdə 5 qızıl və 1 bürünc medala layiq görülüb.   Qeyd edək ki, yeniyetmə yaş kateqoriyası üzrə çıxış edən hər iki gimnastımız Azərbaycan Milli komandasının üzvləridir.   Məktəblilərimizi təbrik edir və daha böyük nailiyyətlər arzulayırıq!

2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsilinə sənəd qəbulu

İyunun 30-da “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin payız semestri üçün xaricdə doktorantura təhsilinə sənəd qəbuluna start verilib. Sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.   Proqram prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.   Müraciət üçün son tarix 31 iyul 2021-ci il müəyyən edilib.   Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər FAQ/MVS və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilər.   

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı