• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü”

İyunun 30-da  İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib. 

 

Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov iştirak edib. 

 

Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin prioritet istiqamətlərindən söz açıb. Nazir müavini peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası və ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib. 


İdris İsayev peşə təhsilinin ölkəmizin iqtisadiyyatına, davamlı sosial-iqtisadi inkişafına, səriştəli mütəxəssislərin yetişməsinə töhfə verməsi üçün peşə təhsili müəssisələrinin müasir infrastrukturla təmin olunmasının əhəmiyyətini diqqətə çatdırıb. 


Nazir müavini çıxışının sonunda 2020-2021-ci tədris ilinin məzunlarını təbrik edib, onlara uğurlar arzulayıb.

 

Tədbirdə qeyd olunub ki, cari tədris ili üzə mərkəzdə 140 tələbə məzun olub və onlardan 12 nəfəri müvafiq müəssisələrdə işlə təmin olunub. 

 

Tədbirdə həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri, mərkəzin yaxından əməkdaşlıq etdiyi işəgötürən qismində çıxış edən şirkət nümayəndələri, fəxri məzunlar, müəllim və valideyn kollektivi  iştirak edib.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsini 13 300-dən çox məzun bitirib. 
 


3 il əvvəl