• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Vətəndaşların nəzərinə!

Məlum olduğu kimi, Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə https://portal.edu.az/ platforması istifadəyə verilib. Bununla əlaqədar Təhsil Nazirliyinin office@edu.gov.az elektron poçt ünvanı yalnız korporativ və ya işgüzar yazışmalar üçün istifadə olunacaq və bu poçta göndərilən digər müraciətlər icraata alınmayacaq. Vətəndaşlar Təhsil Nazirliyinə müraciət etmək üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərlər: “Virtual bələdçi” xidməti; https://portal.edu.az/ platforması; “Whatsapp” nömrə: (+994) 51 206 78 48. Qeyd edək ki, nazirlik tərəfindən https://portal.edu.az/ platformasına “Vətəndaş müraciətləri” xidməti əlavə olunub. Xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir. Portaldan istifadəyə dair aşağıdakı videotəlimatı izləyə bilərsiniz.  

Vətəndaşlara xidmətin təşkili barədə sorğu

Təhsil Nazirliyi vətəndaşlara xidmətin təşkili və müraciətlərə baxılması prosesinə dair sorğu keçirir. Sorğuda iştirak üçün aşağıdakı keçidə daxil ola bilərsiniz. http://anket.edu.az/link/121?fbclid=IwAR3EpDQIGadlCDQ9LhNkxBg-I3pQPl-Hbkoy-4Dcaly5CHV7cN6rc5p9O4k

Peşə təhsili üzrə yeni xidmət istifadəyə verilib

Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən portal.edu.az platformasına peşə təhsili pilləsi üzrə təhsil alanlar üçün yeni elektron xidmət əlavə edilib. Belə ki, peşə təhsili müəssisələrində təhsilini yarımçıq saxlayan şəxslərin yenidən təhsilinə davam edə bilməsi məqsədilə “Təhsilin bərpası” elektron xidməti vətəndaşların istifadəsinə verilib. Sözügedən xidmət peşə təhsilinə fasilə verən tələbələrin bərpasını elektron qaydada həyata keçirir.   Xidmətdən istifadə etmək istəyən vətəndaşlar portal.edu.az platformasında qeydiyyatdan keçdikdən sonra “Təhsilin bərpası” xidmətinə daxil olaraq, elektron müraciətlərini göndərə bilərlər. Daxil edilən məlumatların doğruluğu elektron sistem vasitəsilə yoxlanıldığı və məlumatlar təsdiqini tapdığı təqdirdə, təhsilinə fasilə vermiş tələbə müvafiq istiqamət üzrə bərpa olunaraq təhsilini davam etdirə biləcək. Sözügedən yeni xidmət peşə təhsili üzrə vahid mərkəzləşmiş elektron idarəetmənin tərkib hissəsidir. Xidmət bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin edəcək.    Xidmətdən istifadəyə dair aşağıdakı videotəlimatı izləyə bilərsiniz.   

TOPs təlimləri davam edir

“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Lənkəran şəhəri, Lerik və Yardımlı rayonlarının ümumtəhsil məktəblərində təlimlər keçirilib.                           Təlimlərə sözügedən bölgələrdə fəaliyyət göstərən 275 ümumi təhsil müəssisəsindən 300 nəfərə yaxın fiziki tərbiyə müəllimi cəlb olunub. Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil olunan 3 günlük praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılır, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilir, dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilir.  Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə ediləcək.     Təlimlər xüsusi karantin rejimi qaydalarına uyğun təşkil edilir.   Qeyd edək ki, TOPs layihəsi ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir. Layihə Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə icra edilir.  

Beynəlxalq İnformatika Olimpiadasından qazanılan uğur

19-25 iyun 2021-ci il tarixlərində Sinqapurda 33-cü Beynəlxalq İnformatika Olimpiadası təşkil edilib.    90 ölkədən 351 şagirdin qatıldığı müsabiqədə məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal qazanıb. Belə ki, Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Səid Nəsibov müsabiqənin bürünc medalına layiq görülüb.    Qeyd edək ki,  məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi "Azercell Telekom" şirkətinin dəstəyi ilə həyata keçirilir.

Şagirdlərimizdən beynəlxalq nailiyyət

19-26 iyun 2021-ci il tarixlərində Latviyada Avropa Fizika Olimpiadası (EuPhO 2021) keçirilib. Olimpiadada ölkəmizi təmsil edən şagirdlərimiz uğurla çıxış edərək 2 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. Belə ki, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdləri Sirac Yəhyazadə və Murad Bəşirov olimpiadanın bürünc medalına, Gənc İstedadlar liseyinin X sinif şagirdi Rəfsan Həbibullayev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Rüfət Məmmədov olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər. Qeyd edək ki, şagirdlərimiz Təhsil Nazirliyi tərəfindən yaradılan Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridirlər. Şagirdlərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq!  

Təhsil nazirinin videoqəbulu keçirilib

İyunun 25-də təhsil naziri Emin Əmrullayev Göygöl, Goranboy, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Xocalı rayonları və Gəncə şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edib. Qəbulda həmin bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.    Təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.    Videoqəbulda vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının bölgüsü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.     Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə  genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

“Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadi Sosial İnkişaf (Economic Social Development, ESD) təşkilatının birgə təşkilatçılığı ilə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.   Konfransın açılışında çıxış edən UNEC-in prorektoru Sakit Yaqubov tədbirdə dünyanın bir sıra ölkələrinin (Almaniya, İspaniya, Xorvatiya, Polşa, Serbiya, Macarıstan, Rusiya, Belarus və s.) tədqiqatçıları ilə müzakirələr aparılacağını və qlobal çağırışların təhlil ediləcəyini bildirib.    Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Firudin Qurbanov bildirib ki, bu gün Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həssaslıqla yanaşan ölkələrdəndir. Bu, hər şeydən öncə Azərbaycan iqtisadiyyatının dayanıqlığına xidmət edən amildir. Nazir müavininin sözlərinə görə, davamlı inkişafın təmin olunması təhsil sistemi qarşısında çox mühüm vəzifələr qoyur.   Firudin Qurbanov qeyd edib ki, milli təhsil sistemi dünyanın texnologiya yarışına maksimal dərəcədə qoşulmalıdır.   “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə məlumat verən nazir müavini bildirib ki, proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin hazırlanması, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.   Firudin Qurbanov çıxışının sonunda əlavə edib ki, ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır. Təhsilin bu istiqamətdə vəzifələri yeni mahiyyət və məzmun daşıyır.    ESD təşkilat komitəsinin prezidenti Domagoj Cingula çıxışında qeyd edib ki, BMT-nin təşəbbüsü ilə meydana çıxan davamlı inkişaf konsepsiyası ayrı-ayrı ölkələrin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sosial-fəlsəfi konsepsiyadır.     İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov da öz növbəsində qeyd edib ki, dayanıqlı inkişaf konsepsiyası üç əsas sahənin: iqtisadi, sosial və ekoloji sahənin birləşməsi nəticəsində yaranıb. Qeyd olunan sahələrin hər birinin bu anlayışa öz yanaşma tərzi mövcuddur. Dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün hər üç komponent balanslaşdmlmış şəkildə istifadə olunmalıdır. Bu üç sahənin bir-birinə təsir mexanizmi də çox önəmlidir.   Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Təhsil naziri Həmkarlar İttifaqının yubiley döş nişanları ilə təltif olunub

İyunun 25-də təhsil naziri Emin Əmrullayev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) nümayəndə heyəti ilə görüşüb.   Görüşdə Azərbaycan Həmkarlar İttifaqları və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının keçdiyi tarixi inkişaf yolundan, həmkarlar ittifaqı üzvlərinin gördüyü işlərdən, təşkilatın beynəlxalq əlaqələrindən danışılıb.   Emin Əmrullayev Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında səmimi əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyindən əminliyini ifadə edib. Görüş zamanı Təhsil Nazirliyi və komitə arasında imzalanması nəzərdə tutulan 2021-2023-cü illər üzrə “Kollektiv Saziş”də öz əksini tapan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.   Görüşün sonunda təhsil naziri Emin Əmrullayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ 100 il” yubiley döş nişanları ilə təltif olunub.

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlanıb

Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.   Şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış "Şəxsi kabinet"lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 30 faiz nəticə göstərmiş şagirdlər seçim mərhələsinə buraxılıb.   Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər 5 iyul 2021-ci il saat 17:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.   Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 29 iyun 2021-ci il tarixinədək info@olimpiada.edu.az elektron ünvanı vasitəsilə qəbul edilir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı