• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

İyunun 30-da “Yay məktəbi”nin başa çatması ilə bağlı bağlanış mərasimi keçirilib.

 

Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Səbuhi Babayev, müəllim və şagirdlər iştirak ediblər.

 

Mərasimdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi tərəfindən irəli sürülən “Yay məktəbi” təşəbbüsünün uzun müddətli pandemiya şəraitində yaranan fasilələrin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu bildirib. Mehriban Vəliyeva “Yay məktəbi”ni şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, sosial fəaliyyətlərə cəlb olunması, eləcə də uşaqların intellektual və fiziki inkişafında yeni bir imkan olduğunu diqqətə çatdırıb. 

 

Mərasimdə iştirak edən “Təmiz Şəhər” ASC-nin nümayəndəsi Səbuhi Babayev məktəblilərlə tullantıların idarə olunması mövzusunda maarifləndirici söhbət aparıb. Şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması barədə ətraflı məlumat verilib. Daha sonra şagirdlərə hədiyyələr, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə bağlı məlumatlandırıcı kitabçalar və bukletlər təqdim edilib.

 

Bağlanış mərasimində məktəblilər “Yay məktəbi”nə dair bölmələrdə çıxış edib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub, şeirlər səsləndirib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Mərasimdə müxtəlif mövzularda fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.
 


3 il əvvəl